1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında Tibbi Şuranın iclası keçirilib
13.11.2023

Mərkəzi Gömrük Hospitalında Tibbi Şuranın növbəti iclası keçirilib. Tibbi Şuranın iclasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının Baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Tibbi Şuranın üzvləri, şöbə rəisləri, həkimlər və rezident-həkimlər iştirak ediblər. İclasda 2023-cü ilin oktyabr-noyabr ayları üçün şuranın fəaliyyətinin nəticələri nəzərdən keçirilib.

Mərkəzi Gömrük Hospitalının Baş həkimi Bəxtiyar Musayev çıxışında cari ilin oktyabr-noyabr aylarında hospitalda təcili və planlı cərrahi müdaxilələrlə xidmətin göstərilməsi, eləcə də Mərkəzi Gömrük Hospitalında tətbiq olunan standart əməliyyat prosedurları barədə ətraflı məlumat verib. Şuranın əsas vəzifələrindən biri xəstələr arasında ağırlaşmaların, fəsadların nədən qaynaqlandığını müəyyən etmək və buna oxşar halların gələcəkdə baş verməməsi üçün müvafiq  preventiv tədbirlərin görülməsini qeyd edən B.Musayev Tibbi Şuranın genişmiqyaslı fəaliyyətinin ümumilikdə qənaətbəxş olduğunu bildirib. 

Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Kardiocərrahiyyə şöbəsinin rəisi Elməddin Əliyev son həftədə aparılmış mürəkkəb əməliyyatlara dair ətraflı məlumat veriblər. Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov çıxış edərək beynəlxalq təcrübəyə əsaslanaraq əməliyyatdan qabaq pasiyentlərdə trombozun profilaktikası, hospitaldakı standart əməliyyat prosedurları, əməliyyatdan sonra cərrahi yara infeksiyalarının profilaktikası, habelə məlumatlı razılıq, tədqiqatlarda iştirak üçün pasiyentlərin razılığının alınması üçün “mavi kod” prosedurunun tətbiqi və digər tətbiq olunan standart əməliyyat prosedurları barədə məruzə edib.

Mərkəzi Gömrük Hospitalının iclasda iştirak edən əməkdaşları məlumatların müzakirəsində fəal iştirak edib, struktur bölmələrdə cərrahi yardımın göstərilməsinin yaxşılaşdırılması ilə bağlı təkliflər veriblər. Yüksək texnologiyalı tibbi xidmətin göstərilməsi və yeni tibbi texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment