1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər
07.11.2023

8 Noyabr – Zəfər günü münasibətilə noyabrın 7-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbər şəxsləri, Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən əməkdaşları və digər nümayəndələri ilə birlikdə Hərbi Qənimətlər Parkını ziyarət ediblər. https://www.youtube.com/watch?v=efU1dz-8Yik

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının Baş həkimi Bəxtiyar Musayev və 20 nəfərə yaxın əməkdaş Hərbi Qənimətlər Parkına gələrək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə xalqımızın mərd oğulları tərəfindən döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən ələ keçirilən hərbi qənimətlərlə, eləcə də parkda sərgilənən ağır texnikalar, tanklar, döyüş maşınları, hərbi nəqliyyat və düşmənin dinc əhalini hədəf alaraq endirdiyi raketlərin qalıqları ilə tanış olublar. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, Hərbi Qənimətlər parkı bizim üçün erməni vəhşiliyinin, hərbi cinayətin əyani sübutudur. Bu gün bizə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha gözümüz önündə canlandırmağa imkan yaradır. Göstərir ki, bizim qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birləşərək, canı-qanı bahasına döyüşərək, qan tökərək tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyümüzü bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. İndi Hərbi Qənimətlər Parkına gələn hər kəs dövlətimizin, Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü, iradəsini görür. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbə tariximizə qızıl hərflərlə həkk olundu. Hərbi Qənimətlər Parkı məhz bu qələbə tarixçəsinin gələcək nəsillərə ötürülməsi və əyani formada nümayiş etdirilməsi baxımından yaradılmışdır. Parkda müharibə dövründə xalqımızın igid əsgərləri tərəfindən ələ keçirilən hərbi texnikanın bir qismi, ağır texnikalar, tanklar, döyüş maşınları, hərbi nəqliyyat və düşmənin dinc əhalini hədəf alaraq endirdiyi raketlərin qalıqları da sərgilənir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment