1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Müştəri təcrübəsinin təkmilləşdirilməsi: AZAL əməkdaşlarının yeni obrazı
07.11.2023

Azərbaycanın milli aviadaşıyıcısı AZAL öz əməkdaşları üçün yeni forma təqdim edib. Yeni forma, müştəri təcrübəsinin təkmilləşdirilməsi, insanlara qayğı, həmçinin brendin identik şəkildə qəbul edilməsini təmin edən uğurlu müştəri yolunun bir tərkib hissəsidir.

“Komandanın yeni obrazı aviaşirkət müştərilərinin gözləntilərinə cavab verəcək bir sıra xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm dəyişikliklər, o cümlədən personalın peşəkarlıq səviyyəsinin artırılması, yenilənmiş menyu və digər bir çox detalları aydın şəkildə əks etdirir,” deyə yeni təyin olunmuş Müştəri Təcrübəsinin İdarəolunması İdarəsinin Rəhbəri Varda Harhara bildirib. “Bütün bunlar AZAL-ın əsas prioritetlərindən biri olan rahat və qüsursuz səyahət təcrübəsinin ayrılmaz hissəsidir.”

Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl tərəfindən hazırlanmış yüksək keyfiyyətli eleqant kolleksiya zərif üslubu və müasir tendensiyaları ilə seçilir.

“Mən fəxr edirəm ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti öz əməkdaşları üçün yeni obrazın işlənib hazırlanmasında mənim baxışıma etimad göstərib. Klassik üsluba müasir dəb elementləri əlavə edərək uğurlu bir sembioz yaratmağa çalışdıq. Məqsədimiz, hər zaman aktual və trendlərlə yüklənməmiş kolleksiya yaratmaq idi”, - deyə Rüfət İsmayıl bildirib.

Yeni forma uçuş heyəti, “VIP Lounge” və aviaşirkətin rəsmi kassalarının əməkdaşları üçün nəzərdə tutulub. Kolleksiyada brendin identik şəklində qəbul edilməsini təmin edən donlar, dəbli kostyumlar, ayaqqabılar və aksesuarlar vahid dizaynda yer alır. Kolleksiyaya aviasiya personalının iş xüsusiyyətləri və şəraitini nəzərə alan, rahatlıq və mükəmməl uyğunluğu təmin edən parçalardan hazırlanmış yay və qış geyimləri daxildir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment