|
|
|
Digər xəbərlər | | | Mərkəzi Gömrük Hospitalında EVAR əməliyyatı icra olunub |
26.10.2023 | |
| |
25 oktyabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinə daxil olan 69 yaşlı pasiyent üzərində EVAR əməliyyatı icra olunub. Pasiyent Gülağa Ağayev qarın aorta damarında ciddi anevrizma və tromb aşkarlandığı üçün Mərkəzi Gömrük Hospitalının kardioloqlarına müraciət etmişdir. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov və Dr.İlqar Tahiroğlu müayinələrə əsasən konsiliumda EVAR əməliyyatının icra edilməsinə qərar veriblər. Əməliyyat Mərkəzi Gömrük Hospitalının kardioloq və kardiocərrah ürək komandası tərəfindən uğurla icra edilib. Pasiyentin ayaq damarından girilərək xəstəmizin genişlənən Aorta damarına greft Stent uğurla yerləşdirilib.
Xatırladaq ki, EVAR əməliyyatı qapali yolla ayaq damarından girilərək aorta damarının anevrizma və ya yırtılmış hissəsinə özəl greft stent taxılmasıdır.
|
|
|
|