28 oktyabr 2023-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Radioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, eləcə də “Bayer” şirkətinin əməkdaşlığı ilə Azərbaycan Radioloqlarının III Beynəlxalq Elmi–Praktik Konfransı həyata keçiriləcək.
Konfranda Azərbaycan, Türkiyə, İngiltərə və Moskvadan olan ekspertlər tərəfindən müxtəlif xəstəliklər zamanı düzgün radioloji yanaşmanın vacibliyi barədə ümumilikdə 17 məruzənin dinlənilməsi planlaşdırılır. Konfrans zamanı mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müzakirələrin və sual-cavab sesiyalarının təşkil olunması nəzərdə tutulur.
Konfrans proqrama uyğun olaraq xüsusilə radioloq, neyrocərrah, onkoloq, kardioloq, ürək-damar cərrahı, ümumi cərrah, pediatr, pulmonoloq, torakal cərrah, nevroloq, endokrinoloq, neonatoloq və qastroenteroloq ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuşdur.
* Konfransın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
* Konfrans ZOOM platforması üzərindən həyata keçiriləcək.
* Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
* Konfransda iştirak ödənişsizdir. Hərkəs konfransda iştirak üçün dəvətlidir!
* Qeydiyyat üçün link: https://us06web.zoom.us/.../WN_dCr9B4V-QDqzbThS9SwJ9A...
* Proqramla tanış olmaq üçün link: https://customshospital.az/mt-content/uploads/2023/10/proqram-28.pdf?fbclid=IwAR3Yvx4EF4LbRKoiaPDqxLb2UY6HXqHVAtBfivsdhdymy4aaTXA_B-k98ZQ