1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında TAVİ əməliyyatı İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində həyata keçirilir
25.10.2023

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində 2023-cü ilin sentyabr ayından etibarən İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində TAVİ əməliyyatı icra olunur. Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu bildirib ki, TAVİ əməliyyatı ilə aorta qapağı darlığını aradan qaldıraraq xəstənin həyatını xilas etmək mümkündür. Aorta qapağı ürəkdən çıxan ana damarın ağzında olan qapaqdır. Yaş artdıqca buqapaqda kirəcləşmə yaranır və qapaq açılışı məhdudlaşır.Həmçinin, aorta qapağının açılıb-bağlanma qabiliyyəti pozulur ki, bu zaman ürək, qanı orqanlara göndərə bilmir və ürək çatışmazlığı yaranır. Belə ki, vaxtında müdaxilə edilməzsə, bu insanların çoxu həyatını itirir.

Əvvəllər aorta qapaq  darlığı  müalicəsində sadəcə açıq ürək əməliyyatı ilə qapaq dəyişdirilməsi  mümkün idisə,  son illərdə qapalı yolla, döş qəfəsi açılmadan, ümumi anesteziya verilmədən  aorta qapağının dəyişdirilməsi mümkün olmuşdur. Bu prosedur TAVİ - Transkateter aort qapaq implantasiyası adlanır. 

Qeyd edək ki, TAVİ əvvəllər ilk növbədə, açıq ürək əməliyyatı  şansı olmayan xəstələrdə tətbiq edilirdi. Lakin sonrakı illərdə yüksək, orta riskli xəstələrdə, daha sonralar isə aşağı riskli xəstələrdə belə tətbiq olunmağa başlanmışdır. TAVİ əməliyyatı təxminən 1 saat çəkir, bu zaman döş qəfəsi açılmadan ümumi anesteziya verilmədən ayaq damarından girilərək kirəclənmiş aorta qapağının içinə stentlə əhatə olunmuş bioprotez qapaq yerləşdirilir və adətən xəstələr 24-48 saat sonra evə yola salınır. Son illərin müşahidəsi göstərir ki, yaşlı xəstələrdə ürəyin aorta qapağının darlığına çox sıx rast gəlinir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment