1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


«Emerson» şirkəti Azərbaycanın neft-qaz sahəsi üçün kadrlar hazırlamaq niyyətindədir
28.02.2013

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda səfərdə olan «Emerson» şirkətinin (ABŞ) nümayəndə heyəti ilə görüşüb.

«APA-Economics»in ARDNŞ-a istinadən verdiyi məlumata görə, görüşdə ARDNŞ və «Emerson» şirkəti arasında əməkdaşlıq məsələlərinin gələcək perspektivləri müzakirə olunub. X.Yusifzadə Azərbaycanda neftçıxarma işinin zəngin tarixə malik olduğunu, dünyada sənaye üsulu ilə ilk neft quyusunun Bakıda qazıldığını, neftçilərin dünya neft sənayesinə çoxsaylı töhfələr verdiklərini söyləyib, hələ Sovet dövründə onlar tərəfindən Xəzər dənizinin müxtəlif milli sektorlarında yerləşən böyük neft-qaz yataqlarının kəşf olunduğunu, keçmiş SSRİ-nin bir çox yerlərində neft sənayesinin əsası qoyulduğunu diqqətə çatdırıb. 20 illik fasilədən sonra ilk dəfə olaraq, ARDNŞ-in öz gücü ilə «Ümid» perspektivli strukturunun işlənməsini həyata keçirdiyini qeyd edən X.Yusifzadə istər təhlükəsizlik texnikası və əməyin mühafizəsi, istərsə də işçilərin sosial-məişət problemlərinin həlli baxımından yüksək effektivliyə nail olunduğunu vurğulayıb.

Öz növbəsində «Emerson» şirkətinin qlobal satış və layihələr üzrə prezidenti Tom Sned və şirkətin regional direktoru Həmid Cəfəri şirkətin istehsalatın avtomatlaşdırılması bazarında aparıcı rola malik olduğunu qeyd ediblər. Bildirilib ki, «Emerson» sənayedə rəqəmsal texnologiyaların tətbiqinə görə digər avtomatlaşdırma vasitələri istehsalçılarından daha çox təcrübəyə malikdir. Görüşdə qeyd olunub ki, hazırda dünyanın müxtəlif ölkələrində 135 min işçi ilə fəaliyyət göstərən «Emerson» şirkəti Azərbaycanda yerli kadrların hazırlanması işlərini də həyata keçirməkdə maraqlıdır.

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment