1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə press-tur təşkil edilmişdir
17.10.2023

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə press-tur təşkil edilmişdir

 Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ölkənin aparıcı media orqanlarının nümayəndələri üçün Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası (MR) İdarəsinə press-tur təşkil edilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərində yerləşən Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Sonra Ulu öndərin adını daşıyan muzeydə Ümummilli liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olmuşlar.

Daha sonra yerli televiziya və mətbuat nümayəndələri üçün Mərkəzi Bankın Naxçıvan MR İdarəsinə press-tur təşkil edilmişdir. Jurnalistlər İdarənin fəaliyyəti, onun struktur bölmələri ilə yaxından tanış olmuşlar. Media nümayəndələrinə Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin əməkdaşları tərəfindən təqdimatlar keçirilmişdir. Təqdimatlar zamanı muxtar respublikada bank-maliyyə institutlarının inkişafı və maliyyə savadlılığının artırılması istiqamətində görülən işlərdən bəhs edilmişdir. Tədbir iştirakçıları həmçinin İdarənin yerinə yetirdiyi funksiyalara, eləcə də muxtar respublikanın sosial-iqtisadi həyatındakı əhəmiyyətli roluna dair mühüm məqamlarla tanış olmuşlar.

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinə press-turdan sonra jurnalistlər Naxçıvan Dövlət Universitetində olmuş və universitetin fəaliyyəti barədə onlara ətraflı məlumat verilmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment