1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bankın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
13.10.2023

Yelo Bank cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabatdan görünür ki, Bank ilin əvvəlindən başlatdığı pozitiv artım dinamikasını qorumaqdadır. Belə ki, cari ilin əvvəlindən Yelo Bank-ın xalis mənfəəti 14 milyon manata yüksəlib. Üçüncü rübün sonunda Bankın cəmi aktivləri 912 milyon manat təşkil edir, bu da ötən ilin sonu ilə müqayisədə 90 milyon manat, yəni 11% artım deməkdir. 

Bankın həm kredit, həm də əmanət portfeli böyüyüb. İlin əvvəlindən Yelo Bank-ın ümumi kredit portfeli 15% artaraq 715 milyon manat təşkil edib. Bu müddət ərzində portfelin mühüm hissəsini təşkil edən biznes kreditlərinin həcmi 462 mln manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24% artım deməkdir. Qeyd edək ki, kredit portfeli əsasən real sektorun maliyyələşdirilməsi hesabına artıb.

Fiziki şəxslərə verilən kredit portfeli isə ilin əvvəlindən 40 milyon, yəni 20% artaraq 252 milyon manat təşkil edib. Bu satışın 34%-i, eləcə də istehlak krediti portfeli artımının 44%-i onlayn kanallar vasitəsilə həyata keçirilib. 

Hesabata görə Bankın əmanət portfelində də nəzərə çarpan artım var. İlin əvvəlindən bu istiqamət üzrə portfel 12% artaraq 642 milyon manata yüksəlib. Bu da Yelo Bank-a olan inam və etibarın göstəricisidir. 

Eyni zamanda Bankın faiz gəlirləri də ötən ilin analoji dövrü ilə müqayisədə 31% artaraq 81 milyon manata çatıb. 

Ötən ilin sonu ilə müqayisədə məcmu kapital 10%-lik artımla 102 milyon manat təşkil edir. Bu da requlyativ tələbdən 2 dəfə - 52 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.41%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.27% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.

Bank xidmətləri ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment