1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının rəis müavini Tibb Təhsili üzrə VIII Beynəlxalq Konfransda iştirak edib
11.10.2023

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov 7-10 oktyabr 2023-cü il tarixlərində Bakı şəhərində Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Pakistan İslam Respublikasının Riphah Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Tibb Təhsili üzrə VIII Beynəlxalq Konfransda iştirak edib. Tibb təhsili üzrə beynəlxalq reytinqlərdə ön sıralarda yer tutan nüfuzlu təhsil müəssisələrinin elm adamlarının qatıldığı konfransda dünyanın 30-dan çox tanınmış ekspertinin ən aktual mövzularda məruzələri dinlənilmiş, "Ekspertlər nə deyir?" sessiyalarında tibb təhsili və təliminə dair ən qabaqcıl, yeni yanaşmalar təqdim olunmuş və ən yaxşı təcrübələr paylaşılmışdır.

Konfransın işi çərçivəsində keçirilən müxtəlif mövzular üzrə simpoziumlarda simulyasiya əsaslı təlim, səriştələrin öyrədilməsi, koqnitiv bacarıqların aşılanması, kompüter texnologiyaları və süni intellektin tətbiqi kimi günümüzün aktual məsələləri müzakirə edilib. Tibb tələbələri və həkim-rezidentlərin klinik düşüncə və ona əsaslanan qərarların qəbulu qabiliyyəti və səriştələrinin qiymətləndirilməsinə həsr olunmuş simpoziumda rəis müavini Nabil Seyidov Mərkəzi Gömrük Hospitalının tibb təhsilində olan təcrübəsi barədə məruzə ilə çıxış edib. 

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Azərbaycanın qabaqcıl tibb müəssisələri arasında imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində Mərkəzi Gömrük Hospitalının bazasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Azərbaycan Tibb Universiteninin, o cümlədən 2 saylı Bakı Baza Tibb kollecinin tələbələrinə praktiki dərslər tədris olunur. Tədris prosesində tələbələrin Mərkəzi Gömrük Hospitalında uğurla icra olunan orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi və digər mürəkkəb əməliyyatları müşahidə etməsi onların bilik-bacarıqlarının artırılmasında xüsusi rol oynayır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment