1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


KOBİA Beyləqanda sahibkarlarla görüşüb
03.10.2023

Mil-Muğan iqtisadi rayonu üzrə sayca 3-cü, ölkə üzrə isə 46-cı KOB dostu ofisi fəaliyyətə başlayıb. 

Biznesin qurulmasına və inkişafına yerində hərtərəfli dəstək göstərən KOB dostlarının sayı Mil-Muğan iqtisadi rayonu üzrə 3-ə çatıb. Sayca 3-cü KOB dostu ofisi Beyləqan rayonunda fəaliyyətə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, bölgədə sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə Beyləqan KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, hazırda respublikanın 46 şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir. KOB dostu Beyləqanda və ətraf rayonlarda biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. KOB dostu rayonda yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi, onların investisiya təşəbbüslərinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək. KOBİA sədri mikro, kiçik və orta biznes subyektlərini KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb, KOB dostunun fəaliyyətinin rayonda mikro, kiçik və orta sahibkarlığın inkişafında, yeni bizneslərin yaranmasında əhəmiyyətli olacağını bildirib.

Tədbir çərçivəsində sahibkarların qarşılaşdıqları çətinliklər və təklifləri dinlənilib, rayonda biznes fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. 

Həmçinin tədbirdə KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub. 

Tədbir iştirakçıları Beyləqan Gənclər Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə də tanış olublar. 

Beyləqan rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri “Qarabağ Taxıl” MMC-də dənli bitkilərin qurudulması, təmizlənməsi və saxlanması prosesi ilə tanış olub, sahibkarla biznes ehtiyaclarına dair fikir mübadiləsi aparıblar. Məlumat üçün qeyd edək ki, müəssisə 2012-ci ildən fəaliyyət göstərir. 200-dən çox daimi işçinin çalışdığı müəssisə ildə 20 min tondan çox dənli bitkilər istehsal etmək gücünə malikdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment