1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi 2023-cü ilin ilk 9 ayı ərzində könüllü olaraq mənşə ölkəsinə qayıdan 293
03.10.2023

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi 2023-cü ilin ilk 9 ayı ərzində könüllü olaraq mənşə ölkəsinə qayıdan 293 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərmişdir 

BMqT, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırmasına davam etmişdir. Bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təminidir.

2023-cü ilin yanvar-sentyabr aylarında KQYR layihələri çərçivəsində ümumilikdə 1367   Azərbaycan vətəndaşı könüllü olaraq Azərbaycana qayıdıb. Qayıdış ölkələri Moldova (1149 nəfər), Almaniya (170 nəfər), Hollandiya (24 nəfər), Avstriya (11 nəfər), hərəsindən 1 nəfər olmaqla Latviya, Gürcüstan, Belarus, Macarıstan, Polşa, Türkiyə və Rumıniya olmuşdur. 

Cari ilin ilk 9 ayı ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi KQYR layihələri çərçivəsində ümumilikdə 293 könüllü geri dönən şəxsə nağd pul, qeyri-nağd şəkildə reinteqrasiya və tibbi yardım göstərmişdir.

Hesabat dövrü ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi 128 geri qayıdan şəxslə hərtərəfli fərdi məsləhətləşmələr keçirmiş, 293 nəfər benefisiardan 54 nəfər geri qayıdan şəxsə nağd pul yardımı göstərib, 239 nəfər isə  qeyri-nağd şəklində yardım alıb. Qeyri-nağd şəkildə edilən yardım müvəqqəti mənzil təminatı, kiçik biznesə başlamaq üçün dəstək, ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyalarının alınması, eləcə də tibbi ehtiyaclarının ödənilməsi kimi dəstəyi əhatə edib. 

BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru (məsələn, taksi xidməti), kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurmuşlar. 

2018-ci ildən 2023-cü ilə qədər olan beş il ərzində ümumilikdə 4794 nəfər uğurla Azərbaycana qaytarılıb və BMqT-nin icra etdiyi KQYR layihələri vasitəsilə 3135 Azərbaycan vətəndaşı reinteqrasiya dəstəyi alıb.

Hökumət və qeyri-hökumət qurumlarınan olan maraqlı tərəflər, eləcə də digər beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə BMqT KQYR proqramları üzrə təcrübə və əhatə dairəsini artıraraq, bir çox illər ərzində 1,6 milyondan çox insana effektiv köməklik göstərmişdir.

KQYR layihələri təhlükəsiz, nizamlı və qanuni miqrasiya prinsiplərinə uyğundur, miqrantların insan hüquqlarını qoruyur və müntəzəm miqrasiya strukturlarının və sığınacaq sistemlərinin bütövlüyünə töhfə verir.

Reinteqrasiya yardımı Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin, xüsusilə də təhlükəsiz və məsuliyyətli miqrasiyanın asanlaşdırılmasına yönəlmiş 10.7 hədəfinin həyata keçirilməsinə birbaşa töhfə verir. O, həmçinin Gündəliyin 10.2, 17.9 və 17.17 saylı hədəflərinə də töhfə verir.

KQYR layihələri həmçinin Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üzrə Qlobal Sazişlə, xüsusən də təhlükəsiz və layiqli qayıdış, readmissiya və davamlı reinteqrasiyanı asanlaşdırmaqda əməkdaşlığı vurğulayan 21 saylı Məqsədə uyğun gəlir. O, həmçinin 1, 3, 4, 7, 12 və 13-cü məqsədləri dəstəkləyir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment