1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bank tərəfindən “Dayanıqlı maliyyə üzrə Sorğu” nəticələrinə dair hesabat yayımlanmışdır
03.10.2023

Mərkəzi Bankın Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin implementasiyası çərçivəsində maliyyə institutları, o cümlədən banklar, sığorta şirkətləri və investisiya şirkətləri üzrə “Dayanıqlı Maliyyə üzrə Sorğu” həyata keçirilmişdir.

Sorğunun məqsədi maliyyə institutlarının dayanıqlı maliyyə və ESİ (ekoloji, sosial və idarəetmə) prinsipləri üzrə məlumatlığının ölçülməsi, bu istiqamətdə aparılan, habelə aparılması planlaşdırılan tədbirlərin öyrənilməsi və ilkin indikativ məlumatların toplanması olmuşdur.

Sorğu nəticələrinə əsasən maliyyə institutları ESİ risklərinin təsirlərinin qısa müddətli dövrdə aşağı olacağını, orta və uzunmüddətli dövrdə təsirlərin orta və yüksək riskli zonaya tədrici miqrasiya edəcəyini gözləyir. Eyni zamanda, sorğu nəticələri maliyyə institutlarında ESİ risklərinin onların fəaliyyətinə təsirinin qiymətləndirilməsinə, habelə dayanıqlı maliyyə prinsiplərinə müvafiq layihələrin həyata keçirilməsinə başlandığını göstərir. Belə tədbirlərə günəş panellərinin qurulması və hibrid avtomobillərin əldə edilməsinin kreditləşdirilməsi və bütövlükdə, ESİ prinsiplərinin kredit qərarlarının qəbul edilməsi prosesində nəzərə alınması aid edilə bilər.

Maliyyə institutlarının dayanıqlı maliyyəyə keçid və ESİ prinsiplərinin tətbiqi üzrə başlıca gözləntiləri maarifləndirmə və məlumatlandırma tədbirlərinin davam etdirilməsi, hüquqi-normativ və tənzimləmə çərçivəsinin hazırlanması, hesabatlığın formalaşdırılması və əlverişli tənzimləyici çərçivənin tətbiq edilməsi istiqamətində olmuşdur.

Qeyd edək ki, dayanıqlı maliyyə üzrə sorğu mütəmadi olaraq aparılacaqdır. 

Sorğu nəticələri üzrə hesabatla aşağıdakı linkdə tanış olmaq olar:

Hesabat - https://uploads.cbar.az/assets/27d539a9cbba86ce87ec96472.pdf

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment