1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Daha iki marketdə mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların satışı təşkil olunub
21.09.2023

İstehsal etdikləri qida və qeyri-qida məhsullarını güzəştli şərtlərlə iri ticarət şəbəkələrində satmaq istəyən mikro və kiçik sahibkarlar KOBİA-ya müraciət edə bilərlər. 

Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların iri ticarət şəbəkələrində satışının təşkilinə dəstək tədbirləri çərçivəsində daha 2 marketdə daimi satış yerləri yaradılıb. “Megastore” və "Bizim market" supermarketlər şəbəkələrində fəaliyyət göstərən satış yerlərində hazırda 10-a yaxın mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi çay, soyuq sıxım yağlar, un, ədviyyat, bal, sirkə, quru meyvələr, konservləşdirilmiş turşular və sair məhsullar satılır.

Bununla da dövlət dəstəyi çərçivəsində mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının iri ticarət şəbəkələrində satışına dəstək üçün yaradılmış daimi satış yerlərinin sayı 8-ə çatıb. Hazırda bu satış yerlərində 25-dən çox mikro və kiçik sahibkarın məhsulları satılır. KOB-ların məhsullarının iri ticarət şəbəkələrində satışının təşkilinə dəstək məqsədilə satış yerlərinin sayının artırılması istiqamətində ticarət şəbəkələri ilə danışıqlar davam etdirilir. 

Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq həyata keçirilir. Qaydaya əsasən dövlət dəstəyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilir. 

İstehsal etdikləri qida məhsullarını "Bravo" (3 daimi satış yeri), "Bolmart" (1 daimi satış yeri), "Bizim market" (2 daimi satış yeri), “Megastore” (1 daimi satış yeri) ticarət şəbəkələrində, qeyri-qida məhsullarını (suvenir, hədiyyə, zərgərlik məhsulları, bijuteriya, oyuncaq və s.) isə "Şərq bazarı" Ticarət Mərkəzində (1 daimi satış yeri)  satmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi və mövcud satış yerləri barədə ətraflı məlumat üçün: https://bit.ly/3OOjF5F  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment