1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanda hər beşinci ana övladının İT sahəsində çalışmasını istəyir
14.09.2023

Tədris ilinin başlanmasına sayılı günlər qalmış “Kaspersky” şirkəti məşhur “SupermaM” Facebook qrupu ilə birlikdə Azərbaycanda valideynlərin övladlarının gələcəkdə kim olmasını arzuladıqlarını öyrənmək qərarına gəlib. Bu məqsədlə 3000-dən çox ananın iştirak etdiyi sorğu keçirilib. Məlum olub ki, valideynlərin əksəriyyəti övladları üçün informasiya texnologiyaları seqmentinə üstünlük verəcək: bunu respondentlərin 22%-i qeyd edib. 

Səhiyyə sektoru da perspektiv vəd edən sahələr arasındadır - hər yeddinci respondentin (14%) seçimi səhiyyə olub. Digər populyar cavablara maliyyə və hüquq xidmətləri (hər biri 4% olmaqla) daxildir. Respondentlərin kiçik hissəsi əyləncə sənayesi, ticarət, sosial biznes, idman və sənaye dizaynına üstünlük verir. Maraqlıdır ki, böyüklərin beşdə biri (20%) gələcək peşə seçimini övladının öhdəsinə buraxır.

“İnformasiya texnologiyası ən sürətlə inkişaf edən sahələrdən biridir və karyera yüksəlişi üçün geniş imkanlar təklif edir. Sorğumuz göstərdi ki, bir çox valideynlər övladlarının bu sahədə uğur qazanmasını istəyirlər. İndi istənilən yaşdan olan tələbələrə proqramlaşdırmanın əsasları, proqram hazırlanması və digər İT bacarıqlarını öyrənməyə imkan verən bir çox proqram və kurslar mövcuddur. Bununla belə, yadda saxlamaq lazımdır ki, rəqəmsal dünyada humanitar peşələrə həmişə yer olacaq, çünki bir çox yaradıcı və sosial sahələrdə hətta ən qabaqcıl maşın belə insanı əvəz edə bilməz. Ona görə də gələcək karyera seçimi yalnız konkret sənayenin populyarlığına deyil, daha çox uşağın maraq və qabiliyyətlərinə əsaslanmalıdır”, - deyə “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

“SupermaM” qrupumuzda hər bir ana övladının nə qədər unikal və istedadlı olduğunu bilir. Biz onların nailiyyətləri ilə fəxr edir və hər bir uşağın sonsuz potensialına inanırıq. Bununla belə, arzularımıza və ümidlərimizə baxmayaraq, biz həm də gələcək peşəni seçməyin hər bir uşaq üçün şəxsi və vacib qərar olduğunu anlayırıq. Bizim əsas rolumuz onların yanında olmaq, onlara bütün lazımi məlumatları vermək, düzgün yönləndirmək və ən əsası qeyd-şərtsiz dəstək olmaqdır. Qoy uşaqlarımız öz gələcəklərini öz ehtirasları və maraqları əsasında qursunlar, biz isə onların arxasında dağ kimi dayanaq”, - deyə SupermaM qrupunun admini Sofi Tsırqvava öz fikirləri ilə bölüşür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment