1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Bakı KOB evi”ndə KOBİA və AQTA daşıma şirkətlərinin nümayəndələri və kuryerlərlə görüşüb
13.09.2023

KOBİA və AQTA daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin və kuryerlərin çətinliklərinin həlli, sektorun sağlam inkişafı üçün birgə tədbirlər həyata keçirəcək. 

“Bakı KOB evi”ndə daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar və kuryerlərlə növbəti görüş keçirilib. 

Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov və 50-yə yaxın daşıma fəaliyyəti ilə məşğul olan sahibkar və onların təmsilçiləri, eləcə də kuryerlər iştirak ediblər. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov daşıma ilə bağlı biznes fəaliyyətinin son zamanlar genişləndiyini və bu sahədə fəaliyyət göstərən şirkətlərin sayının artdığını qeyd edib. Bildirilib ki, daşıma sektorunda çalışanların – kuryerlərin sayında da artım müşahidə edilir və onların əksəriyyəti gənclərdir. Dövlət qurumu olaraq daşıma sektorunda biznesin düzgün formalaşması və idarə edilməsinə lazımı dəstəyi göstərməyə hazırıq. Bugünkü görüşün məqsədi də məhz daşıma fəaliyyəti ilə bağlı biznesin qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun formalaşması və inkişafını, eləcə də sahibkarların və kuryerlərin çətinliklərini birgə müzakirə etmək, onların həlli üçün tədbirlər görməkdir. Orxan Məmmədov kuryerlərin təşkilatlanması və qarşılaşdıqları çətinliklərin müvafiq qurumlara daha rahat çatdırılması üçün assosiasiyanın yaradılması məsələsinin nəzərdən keçirilməsini də təklif edib. 

AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov qurumun daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar və kuryerlərlə yaxından əməkdaşlıq etdiyini, prosesin qida təhlükəsizliyinin tələblərinə əməl olunmaqla idarə edilməsi məqsədilə artıq təlimlərə başlanıldığını bildirib. Qeyd olunub ki, məhsulların təhlükəsizliyinə istehsalçı ilə yanaşı, onların daşınmasını və istehlakçıya çatdırılmasını həyata keçirən daşıma şirkətləri və kuryerlər də cavabdehlik daşıyır. Bu məqsədlə AQTA tərəfindən praktik xarakter daşıyan ödənişsiz təlimlərə başlanılıb. Təlimlər bütün kuryerləri əhatə etməklə mərhələli şəkildə həyata keçiriləcək. Bu sahədə KOBİA ilə birgə də tədbirlərin reallaşdırılması nəzərdə tutulur.  

Görüşdə daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin və kuryerlərin qarşılaşdıqları çətinliklərə və onların həlli yollarına, bu sahədə KOBİA və AQTA-nın birgə dəstəyinə dair müzakirələr aparılıb. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment