1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Glensol EASA tərəfindən Akkreditə olunmuş Xidmət Mərkəzinə çevrilir
12.09.2023

Nobel Energy şirkətinin neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi olan Glensol böyük məmnunluqla bildirir ki, sınaq, təftiş və sertifikatlaşdırma sahəsində dünyanın aparıcı şirkətlərindən olan SGS UK tərəfindən keçirilmiş EASA (Elektrik Cihazları üzrə Xidməti Assosiasiyası) akkreditasiya auditindən uğurla keçmişdir.

EASA təşkilatı EASA/ANSI AR 100 standart spesifikasiyasına əsaslanan EASA Akkreditasiya proqramını işləyib hazırlamışdır. Bu akkreditasiya sübuta yetirilmiş infrastruktur və bacarıq və səriştələrin olmasını tələb edən ciddi prosesdir. Buraya elektrik mühərriklərinin təmiri, naqillərinsarılması, əsaslı təmiri və bərpası üçün xüsusi avadanlıq və mexanizmlər, habelə həmin avadanlıq və mexanizmlər üzrə lazımi texniki qulluq və sertifikatlaşdırma daxildir. Bu, həmçinin adekvat prosedurları, keyfiyyətə nəzarət üsullarını və ən əsası, standartın tələblərini bilən və təmir xidmətləri nəticəsində mühərrikin işinin səmərəliliyinə nəzarət etmək qabiliyyətinə malik ixtisaslı kadrları ehtiva edir.

Glensol şirkətinin Baş direktoru müavini Anar Orucov deyib: “EASA Akkreditasiya proqramı mühərrik xidmətləri sahəsində beynəlxalq səviyyədə tanınır və bu nailiyyətimiz uzunmüddətli planlaşdırmanın və hazırlığın nəticəsidir. Qeyd etmək lazımdır ki, biz hazırda yalnız EASA-nın Şura üzvü deyilik, eyni zamanda müəssisəmiz assosiasiya tərəfindən akkreditə olunub. Biz ən yüksək beynəlxalq standartların əksəriyyətinə nail olduğumuz və bu səviyyəni qoruyub saxladığımız üçün çox qürurluyuq. Mən elektrik mühərrikləri və generatorlar üzrə texniki xidmət bölməmizi bu mühüm nailiyyət münasibətilə təbrik edir və onların bu çətin yolda göstərdikləri səyləri, fədakarlıqları və komanda işini yüksək qiymətləndirirəm.”

Bu nailiyyət Glensol şirkətinin mühərriklərin səmərəliliyinin və etibarlılığının qorunması və daha da artırılması, eləcə də onun yüksək keyfiyyətli təmir xidmətləri üzrə sübut olunmuş qabiliyyətini vurğulayır. Bundan əlavə, EASA akkreditasiyası şirkətin son dərəcə müasir “Vahid pəncərə” emalatxanasında daim saz vəziyyətdə olan avadanlıqları və dəqiq kalibrasiya edilmiş cihazları vasitəsilə müştərilərin mühərriklərinin təmiri üzrə yüksək səriştəsini nümayiş etdirir.

***

2012-ci ildə Nobel Energy şirkətinin törəməsi kimi yaradılmış Glensol şirkəti neftmədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə

ixtisaslaşıb. Şirkət böyük enerji şirkətləri də daxil olmaqla yerli və xarici neft və qaz şirkətlərinə turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir, həmçinin texniki təlim xidmətlərini göstərir.

Glensol şirkəlensol şirk digər böyük şirkətlə www.glensol.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment