1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


SİF vakansiya elan edir
08.09.2023

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

ƏSAS ÖHDƏLİKLƏR:

·        Sahibkarlığın İnkişafı Fondu ilə digər qurumlar arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsində iştirak etmək;

·        Ali və mərkəzi icra hakimiyyəti orqanlarından daxil olmuş aidiyyəti tapşırıqların icrasını təşkil etmək və icrasında iştirak etmək;

·        Beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması və təhlillərin aparılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq prosesində iştirak etmək və təkliflər vermək;

·        Beynəlxalq təşkilatlarla və xarici dövlətlərin analoji qurumları ilə əlaqələrin qurulmasında iştirak etmək;

·        Fondun fəaliyyətinin təkmilləşdirilməsinə dair təhlillər aparmaq, təkliflərin hazırlanmasında iştirak etmək və zərurət yarandıqda Fondun fəaliyyətini tənzimləyən qaydalar, prosedurlar və sənədlərin nümunəvi formalarının təkmilləşdirilməsinə dair təkliflər vermək;

·        Fonda daxil olan və icrası qrupa tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasında iştirak etmək;

·        Fondun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək;

·        Qrupun fəaliyyət istiqamətləri üzrə digər işlərə cəlb edilmək.


NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

·        İqtisadiyyat, Maliyyə və İdarəetmə ixtisasları üzrə ali təhsil;

·        İxtisası üzrə iş təcrübəsinin olması arzuolunandır;

·        Güclü iqtisadi biliklərə sahib olmaq;

·        Analitik təhlil aparmaq və problem həlletmə qabiliyyəti;

·        Operativ və düzgün qərar vermək bacarığı;

·        Təşəbbüskarlıq,diqqətlilik, məsuliyyət və düzgünlük keyfiyyəti;

·        MS Office (xüsusilə Word, Excel, PowerPoint) proqramlarından yüksək səviyyədə istifadə bacarığı;

·        Yüksək səviyyədə İngilis dili biliyi; Rus dili biliyinin olması arzuolunandır;

·        Kollektivlə işləmək bacarığı və ünsiyyət qabiliyyəti.


Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi” qeyd etməklə hr@edf.gov.az e-poçt ünvanına göndərə bilərlər.

Son müraciət tarixi:  07.10.2023


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment