1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İxracatçılar Çində keçiriləcək sərgiyə dəvət olunurlar
07.09.2023

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Şanxay şəhərində 2023-cü ilin 5-10 noyabr tarixində keçiriləcək 6-cı Beynəlxalq Çin İdxal sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 30 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi

XİFMN üzrə məhsulun kodu

Məhsulun adı

2007911000

cemlər, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası, isti emal edilən məhsullar, o cümlədən şəkər və ya digər şirinləşdirici maddələr əlavə olunmaqla: sitrus bitkiləri (şəkər miqdarı 30 kütlə %-dən çox)

200819

qovurulmuş fındıq və badam

2009

qıcqırdılmamış və tərkibində spirt əlavəsi olmayan, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş və ya edilməmiş meyvə şirələri

22

alkoqollu və alkoqolsuz içkilər

1806

şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları:

1704

şəkərdən hazırlanan qənnadı məmulatları (ağ şokolad daxil olmaqla), tərkibində kakao olmayan:

190410

dənli bitkilərin və ya taxıl məhsulların şişirdilməsi və ya qovurulması yolu ilə hazırlanmış hazır ərzaq məhsulları

 

Müsabiqənin təşkilatçısı: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 06 oktyabr 2023-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 29 sentyabr 2023-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Samirə Məmmədova

AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri

Tel: (+994 12) 598 01 47/48 (daxili 3624)

E-mail: samira.mammadova@azpromo.gov.az

 

Əli Babayev

AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi

Tel: (+994 12) 598 01 47/48 (daxili 3664)

E-mail: ali.babayev@azpromo.gov.az

Mob: (+994) 50 200 39 40

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment