1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Yüksəkixtisaslı həkim, tibb üzrə fəlsəfə doktoru həkim-psixiatr Gülay Məmmədzadə
07.09.2023

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə pasiyentlərin hər birinə fərdi yanaşan, onları diqqətlə dinləməyi bacaran yüksəkixtisaslı həkim, tibb üzrə fəlsəfə doktoru həkim-psixiatr Gülay Məmmədzadəni  təqdim edirik.

DR.GÜLAY MƏMMƏDZADƏ Mərkəzi Gömrük Hospitalında müxtəlif mənşəli depressiyalar, təşviş-həyəcan pozuntuları, panik tutmalar, ağır stress nəticəsində psixi pozuntular, qida qəbulunun pozuntuları (anoreksiya, bulimiya), üzvi (orqanik) zədələnmələr nəticəsində psixi pozuntular, bipolar affektiv pozuntu, şizofreniya və digər psixotik pozuntuların müayinə və müalicəsini həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/gulay-mammedzade

Dr.Gülay Məmmədzadə 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib, 2006-2007-ci illərdə 1 saylı Kliniki Psixiatriya Xəstəxanasında həkim-psixiatr ixtisası üzrə internatura  təhsili almışdır. 2015-2016 Harvard School of Public Health Universitetində və Boston Children’s Hospitalında 2 illik psixi sağlamlıq və  elmi işlərin aparılması üzrə ixtisasartırma kursu keçmiş, 2020-2022-ci illərdə Böyük Britaniyanın London şəhərində İmperial College London kollecində ictimai səhiyyə üzrə magistraturanı bitirmişdir.

2019-cu ildən tibb üzrə fəlsəfə doktorudur. Dr.Gülay Məmmədzadə 2007-ci ildə Bərpa Tibb Mərkəzində əmək fəaliyyətinə başlamış və 2009-cu ilə qədər orada həkim-psixiatr işləmişdir. 2009-2019-ci illərdə Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında əvvəlcə baş laborant, sonra assistent kimi çalışmışdır. 2019-2021-ci illərdə  Azərbaycan Tibb Universiteti  Rezidentura və magistratura şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. 2023-cü ildən Mərkəzi Gömrük Hospitalında  həkim-psixiatr kimi fəaliyyət göstərir.

Gülay həkim daim öz üzərində çalışan, dünya mətbuatını izləyən, inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin son nailiyyətləri ilə tanış olan və bu təcrübədən bəhrələnən yüksəkixtisaslı həkimdir. O, Psixiatriya Assosiasiyasının müxtəlif illərdə keçirilən 22, 24, 26, 28, 30 və 31-ci konqreslərində iştirak etmiş, 2011-ci ildə Bakıda Azərbaycan Müəllimlər İnstitutunda keçirilmiş “Təhsilin əsasları” fənni bazasında hazırlanmış müasir pedaqogika və psixologiya ilə bağlı kursda iştirak etmiş, 2016-cı ildə  Harvard Universiteti və Koç Universitetinin təşkilatçılığı ilə Tədqiqat aparma üsulları və səhiyyə elmlərində etik yanaşma üzrə yay kursu keçmiş, 2020-ci ildə  Harvard Medical School-da  təşkil olunmuş kursda iştirak etmişdir.  

Dr.Gülay Məmmədzadə Azərbaycan Psixiatriya Assosiasiyasının, Avropa Psixiatriya Assosiasiyasının və Beynəlxalq Psixo Onkologiya Cəmiyyətinin üzvüdür. Dr.Gülay Məmmədzadənin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment