1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı invaziv kardioloqu Şəhla Ağayeva
06.09.2023

“Həkim məsləhəti” rubrikamızda Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı invaziv kardioloqu Şəhla Ağayeva “Ürək-damar xəstəlikləri üçün risk faktorları” mövzusunda məlumat verib.

Ürək–damar xəstəliklərinin risk faktorlarına  xəstənin yaşı, cinsi və irsiyyəti (ailənin hər hansı bir üzvündə 55 yaşından öncə ürək–damar xəstəliklərinin rast gəlinməsi) aid edilir. Dəyişdirilməsi və ya modifikasiyası mümkün olan risk faktorları isə qanda yağların səviyyəsinin yüksəlməsi (məsələn, xolesterinin artması), yüksək qan təzyiqi (hipertoniya), tütünçəkmə, qeyri-sağlam qidalanma, artıq çəki və piylənmə, həddindən artıq az fiziki aktivlik, mütəmadi alkoqol qəbulu və stressdir.

Tütünçəkmə - dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən biridir. Böyüklər arasında o, hər on nəfərdən birinin ölümünün səbəbidir. Tütün məhsullarının yanması nəticəsində ətraf mühitə yayılan tüstü ikincili tütün tüstüsü kimi tanınır. Qapalı şəraitdə tütün tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə həm siqaret çəkənlər, həm də çəkməyənlər məruz qalırlar. Bu, passiv siqaretçəkmə adlandırılır. Tütünçəkmə bir çox ürək-damar və nəfəs yolları xəstəliklərinin yaranmasına səbəb olur və sonda ölümə gətirib çıxara bilir. Tütünçəkənlərin davranışlarının dəyişdirilməsi ürək-damar xəstəliyindən əziyyət çəkən xəstələrin sağlamlıqlarının yaxşılaşdırılması üçün əsas amillərdəndir.

Qidalanma ürək-damar xəstəliklərinin inkişafına qanda xolesterin (XS), arterial təzyiq (AT), bədən çəkisi və şəkərli diabet (ŞD) kimi digər risk amilləri vasitəsilə və müstəqil şəkildə təsir edir. Bu səbəbdən sağlam qidalanma ÜDX-nin profilaktikasının əsasında durur.

Artıq bədən çəkisi və piylənmə ÜDX olduğu hallarda ölüm riskini artırır. Ölüm hallarının ən aşağı səviyyəsi BKİ-i 18.5-25 kq/m2 olanlardadır. Hesab olunur ki, bədən çəkisinin bundan artıq azaldılması ÜDX-nin əmələ gəlməsi riskinin azaldılmasına əlavə təsir göstərmir. Bədən çəkisinin azaldılması artıq bədən çəkisi və piylənməsi olan şəxslərə tövsiyə olunur. Bədən çəkisinin azaldılması qan təzyiqinin səviyyəsinə və qanda lipidlərin (xolesterin) səviyyəsinə müsbət təsir göstərməklə, ÜDX-nin inkişaf etməsi riskini azalda bilər.

Artıq bədən çəkisinin ürək-damar sisteminə mümkün olan təsirləri aşağıdakılardır:

•  qan təzyiqinin yüksəlməsi;

•  sistemli iltihabın güclənməsi və protrombotik (trombların əmələ gəlməsi) vəziyyətin inkişaf etməsi;

•  sidikdə zülalın (albuminin) olması və ya sidiklə zülalın itirilməsi.

Bir çox ürək-damar xəstəliklərinin inkişafına irsiliyin və genetik faktorların roluna dair təkzibedilməz sübutlar mövcuddur. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment