1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri" kursu barədə
05.09.2023

Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli 508 saylı Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın əsas tədbirlərindən biri də şagird, müəllim və tələbələrə rəqəmsal ödəniş xidmətləri haqqında zəruri biliklərin verilməsi olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmiş bu tədbirin icrası çərçivəsində ölkədə ilk dəfə 2020-ci il tarixində "Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri" adlı dərslik yazılmışdır.

Mərkəzi Bankın təşəbbüsü və dəstəyi ilə qeyd olunan dərslik əsasında onun müəllifləri tərəfindən "Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri" kursu hazırlanmışdır və Virtual Təhsil Platformasında yerləşdirilmişdir.

Kursun hazırlanmasında əsas məqsəd əhalinin rəqəmsal ödənişlərdə maliyyə savadlılığının artırılması, bu sahədə fəaliyyət göstərəcək yeni peşəkar kadrların hazırlanması, habelə bank əməkdaşlarının və tələbələrin rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri sahəsində bilik və bacarıqlarının daha da təkmilləşdirilməsidir.

Bu kursda ümumilikdə 14 mövzu əhatə edilmişdir. Tədris zamanı rəqəmsal ödəniş ekosisteminin nüvə komponentləri və onların fəaliyyəti, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası, tənzimləmə və nəzarət çərçivəsi, müxtəlif ödəniş alətləri, o cümlədən çeklər, birbaşa debetləşmə, ödəniş kartı, elektron pul və onlar vasitəsilə aparılan ödəniş əməliyyatları, ödəniş əməliyyatları üzrə məlumatların emalı ilə bağlı təqdimatlarla tanış olaraq bu sahə ilə bağlı biliklərinizi daha da təkmilləşdirəcəksiniz.

Rəqəmsal ödəniş ekosistemində sıçrayışlı inkişaf tendensiyası və innovasiyaların tətbiqinin genişlənməsi nəzərə alınaraq, rəqəmsal ödənişlərin iqtisadi artıma təsiri və üstünlükləri, elektron bankçılıq xidmətləri və onların növləri, mərkəzi bankların rəqəmsal pulları və onların tətbiqi imkanları, virtual valyutalar və onların tətbiqi, rəqəmsal ödəniş ekosistemində son innovasiyalardan olan sandbox, yəni xüsusi tənzimləmə rejimi, rəqəmsal bankçılıq, habelə rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatları və onlara qarşı mübarizə tədbirləri haqqında bölmələr bu kursa daxil edilmişdir.

Kursa bu link vasitəsilə daxil ola bilərsiniz: https://edu.e-cbar.az/course/preview.php?id=137

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment