1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanda uşaqları ilə onlayn təhlükəsizlik qaydalarını müzakirə etməyən valideynlər var
01.09.2023

Rəqəmsal dünya bir çox təhlükə və təhdidlərlə doludur. Bununla belə, “Kaspersky” tərəfindən aparılan sorğuya* əsasən, azərbaycanlı valideynlərin dörddə birindən çoxu (27%) uşaqları ilə yad adamlara cavab verməmək və özləri haqqında həddən artıq məlumat paylaşmamaq (oversharing) kimi onlayn təhlükəsizlik qaydalarını müzakirə etməyib. Təxminən eyni sayda respondent (28%) uşaqlara onlayn etika qaydalarını da izah etməyib - məsələn, təhqir yazmamaq və xoşagəlməz fotolar yerləşdirməmmək. Bu barədə 1 sentyabr 2023-cü il tarixində Bakıda keçirilən “Kaspersky Cyber Knowledge Day” adlı mətbuat konfransı zamanı məlumat verilib.

Təxminən hər beş respondentdən biri övladının sosial şəbəkələrdə öz səhifələrinə malik olduğunu bildirib. Amma respondentlərin yalnız yarısı (53%) sosial media səhifələrində övladları haqqında hansı məlumatların ictimaiyyətə açıq şəkildə paylaşıldığından xəbərdardırlar. Bunlar əsasən hobbi və şəxsi fotoşəkillər (41%), yaş (26%), mobil telefon nömrəsi və məktəb nömrəsidir (15%).

Şəbəkədə “oversharing” vərdişi valideynlərə xasdır. Demək olar ki, hər ikinci azərbaycanlı valideyn sosial şəbəkələrdəki səhifələrində uşaqlarının fotolarını, videolarını və ya onlar haqqında məlumatları yerləşdirir (41%). Respondentlər ən çox öz paylaşımlarında uşaqlarının hobbilərini qeyd edirlər (35%). Həmçinin öz səhifələrində övladlarının həyatından hekayələr (29%), onların adları (25%), fotoşəkillərinin çəkildiyi yerlərin geolokasiyası (20%) və təhsil aldıqları müəssisənin adını (15%) dərc edirlər.

Valideynlər uşaqlarını onlayn təhdidlərdən qorumaq üçün nə edirlər. Övladını internetdəki risklərdən qorumaq üçün hər iki nəfərdən biri onun internetdə keçirdiyi vaxtı məhdudlaşdırır, 43% onun onlayn olduğu vaxt müddətinə nəzarət etməyə çalışır, 37% isə onlara onlayn təhdidlər haqqında danışır. Eyni zamanda, hər on nəfərdən biri yad şəxslərin övladının etibarını qazanmağa çalışdığı hallar barədə məlumatlı olduğunu bildirib (10%), digər 20% isə uşaqlarının belə bir hadisə ilə üzləşib-üzləşmədiyi barədə suala dəqiq cavab verə bilməyib.

“Özümüz haqqında nə qədər çox məlumatı ictimaiyyətə açıq mənbələrə yerləşdirsək, potensial qurbanın rəqəmsal portretini çəkmək üçün bu cür məlumatlardan istifadə edən fırıldaqçıların qurbanı olmaq şansımız bir o qədər yüksək olar. Təcavüzkarlar hobbi, təhsil və ya istirahət yerləri haqqında məlumatlardan istifadə edərək uşağın etibarını qazanmaq üçün inandırıcı əfsanələr uydura bilərlər. Bu, hesabların, bank məlumatlarının və digər şəxsi məlumatların oğurlanmasına səbəb olmaqla yanaşı, həm də uşaqların onlayn təzyiq, şantaj və ciddi mənəvi və emosional zərərlə üzləşməsinə səbəb ola bilər”, - deyə “Kaspersky”-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

“Ona görə də həm uşaqların, həm də onların valideynlərinin bu cür risklərdən xəbərdar olması çox vacibdir. Biz böyüklərə uşaqlarla rəqəmsal məxfiliyin əhəmiyyəti haqqında danışmağı məsləhət görürük və kibertəhlükəsizlik sahəsində baş verənlərlə maraqlanmağa təşviq edirik. Bundan əlavə, valideynlərə kömək etmək üçün “Kaspersky Safe Kids” kimi texniki həllər var. Bu cür xüsusi proqramlar uşağın internetdə nə qədər vaxt keçirdiyinə, hansı səhifələri ziyarət etdiyinə və kiminlə ünsiyyətdə olduğuna nəzarət etməyə imkan verir”, - deyə Müşviq Məmmədov əlavə edir.

* Sorğu ERA Marketing Center tədqiqat şirkəti tərəfindən 2022-ci ilin dekabrında aparılıb. 0-17 yaş arası uşaqları olan Bakı (200 sorğu anketi), Gəncə və Sumqayıt (bu şəhərlərin hər birində 50 anket) sakinləri ilə üzbəüz metoddan istifadə etməklə müsahibə aparılıb. Sorğuda ümumilikdə 300 respondent iştirak edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment