1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi 7/24 saat keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir
01.09.2023

Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi  15 ilə yaxındır ki, peşəkar, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti ilə 7/24 saat xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa tibbi təxliyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir. Bu illər ərzində Təcili Tibbi Yardım şöbəsinin yüksəkixtisaslı  tibb personalının vaxtında göstərdiyi ilk tibbi yardım  minlərlə xəstənin sağalmasında mühüm rol oynayıb.

Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım  şöbəsinin təcili yardım maşınları ən müasir portativ tibbi avadanlıqla təchiz olunub.  Bu da diaqnostik-müalicəvi prosedurların tez və keyfiyyətlə aparılmasına, xəstələrin daşınması zamanı monitorinq və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Həmçinin, pediatrik  briqada  yeni doğulmuş körpələrin xüsusi kuveyzlə  daşınmasını, evdən laborator analizlərin götürülməsini, evdə və iş yerlərində ekspres-testlərin aparılmasını həyata keçirir. Təcili Yardım maşınlarının komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir: pasiyent xəstəxanaya aparılarkən yolda müalicə almağa başlayır.

Bəzən bir insan həyatı ona göstərilən ilk tibbi yardımdan asılı olur. Lazımi yerə vaxtında çatmaq, zərərçəkənə ilk yardımı düzgün göstərmək  bu şöbənin tibb personalının fədakar əməyini, məsuliyyətini, var-qüvvələri ilə çalışmalarını nümayiş etdirir. Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin yüksəkixtisaslı tibbi briqadası istənilən çağırış ünvanına ən qısa müddətdə çataraq yüksək peşəkarlıqla tibbi xidmət göstərir. Təcili Tibbi Yardım şöbəsinin tibb personalı çağırış ünvanında portativ aparatlarla USM, EKQ və laborator müayinələri həyata keçirir. Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi 7/24, ilin 365 günü işləyərək təcili və təxirəsalınmaz tibbi yardım göstərməyə hər zaman hazırdır. Təcili tibbi yardımın çağırış nömrəsi 905-dir.

Süjet: https://youtu.be/iMNmOwD45IQ

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment