1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Həkim-endokrinoloq Dr.Şəbnəm Əlirzayeva
01.09.2023

“Həkim məsləhəti” rubrikamızda həkim-endokrinoloq Dr.Şəbnəm Əlirzayeva “Qalxanabənzər vəzi və onun insan orqanizmində rolu” barədə məlumat verib.

Qalxanabənzər (tiroid) vəzi boynumuzun ön hissəsində yerləşən bir endokrin sistem vəzisidir. Bu vəzin istehsal etdiyi hormonlar sayəsində orqanizmin metabolizmi adətən bir mexanik saat kimi işləyir. Qalxanabənzər vəzin müxtəlif xəstəlikləri zamanı onun funksiyası pozulur və nəticədə orqanizmdə bəzi xoşagəlməz dəyişikliklər baş verir.

Maddələr mübadiləsi, reproduktiv sağlamlıq, gözəllik və hətta psixo-emosional vəziyyətimiz – bütün bunlar bizim kiçik kəpənəyə bənzəyən orqanın işindən asılıdır. Qalxanabənzər vəzin istehsal etdiyi hormonlar insanın bütün orqanlarına öz təsirini göstərir. Belə ki, bu vəzi insan orqanizmində hormon istehsalını, toxumaların böyüməsini təmin edir,  bədənin hər bir hüceyrəsini enerji ilə qidalandırır,  maddələr mübadiləsinin sürətini tənzimləyir.

Qalxanabənzər vəzinin istehsal etdiyi bu hormonlar bütün bədən toxumalarının və orqanlarının düzgün işləməsi üçün vacibdir. Tiroid hormonları bədənə enerji depolarını effektiv şəkildə istifadə etməyə  və əzələlərin düzgün işləməsinə  imkan verir.

Qalxanabənzər vəzinizdə problemin olub-olmadığını yoxlamaq üçün endokrinoloqa müraciət etməyiniz, USM müayinəsindən keçməyiniz və ya hormonlar üçün analiz verməyiniz məsləhətdir. Qalxanabənzər vəzi ilə bağlı problemlər əvvəl özünü qabarıq hiss etdirmir və biz bunu bəzən adi yorğunluq kimi qəbul edirik. Bu orqanla bağlı problemlər daha çox qadınlarda, xüsusən də hamiləlik dövründə baş verir. Yeniyetmələr və yaşlılar da risk altındadır.

Qalxanabənzər vəzi xəstəliklərinə səbəb olan amillərdən stress, psixo-emosional stress, pəhrizdə yod, selen və dəmir çatışmazlığı, balanssız qidalanma, pis ekologiyanı göstərmək olar.. Bütün bunlar qalxanabənzər vəzinin  hormon istehsalında pozğunluqlara, yəni hormonların artmasına və ya azalmasına səbəb olur. Və bu, zaman keçdikcə bütün orqanizmin nasazlığına gətirib çıxara bilər. Qalxanabənzər vəzi vaxtında aşkar olunub müalicə olunmazsa, bu, zob (zəhərli, tənbəl və düyünlü), Haşimoto xəstəliyinə və tiroid xərçənginə yol aça bilər.

Bəs qalxanabənzər vəzinin işini yaxşılaşdırmaq üçün nə etmək lazımdır? 

Qalxanabənzər vəzinin fəaliyyətinə yaxşı ekologiya, rasional qidalanma və stressiz həyat müsbət təsir göstərir. Şübhəsiz, orqanizm üçün mühüm olan yod və digər mikroelementlər də vacibdir. Bunlara maqnezium, sink, A, B1, B12, tirozin daxildir ki,  mütləq bunların da çatışmazlığını aradan qaldırmaq lazımdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment