1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB-nin Visa premial kartları ilə övladlarınızı Disneyləndə səyahətə aparın!
23.08.2023

ABB uzunmüddətli tərəfdaşı Visa ilə birgə müştərilər üçün gözəl bir fürsət yaradıb. Disneyin 100 yaşı münasibətilə yalnız ABB müştərilərinə özəl lotereya kampaniyasına start verilib. Kampaniya Kaliforniyaya, Laplandiyaya və Londona ailəvi səyahət fürsəti qazandırır. 

Bankın bütün Visa premial kart sahibləri bu fürsətdən faydalana bilərlər. Bunun üçün 20 sentyabra qədər ödənişləri ABB-nin Visa Platinum, Visa Signature və Visa Infinite debet/kredit kartları ilə aparmaq lazımdır. Şərtlərə görə, həmin kartlarla 100 AZN (USD, EUR, GBP) məbləğində nağdsız ödəniş edən  hər kəs 1 uduş şansı qazanacaq. 

Lotereya bir tirajdan ibarətdir. Uduş oktyabrın 10-da ABB-in Baş ofisində keçiriləcək. Tirajın oynanılması Bankın rəsmi Facebook səhifəsində canlı yayımlanacaq. Qaliblər xüsusi proqram təminatının köməyi ilə, təsadüfi üsulla seçiləcəklər. 

Lotereyanın 3 qalibi olacaq. Onlar bu hədiyyələri qazanacaqlar: 

1-ci yer – Kaliforniya paketi (aviabiletlər, transfer, dördulduzlu oteldə 8 gecəlik yerləşmə, gündəlik qidalanma, özəl serfinq dərsi, müxtəlif turlara, teatrlara pulsuz biletlər, səyahət sığortası)

2-ci yer – Laplandiya paketi (aviabiletlər, transfer, dördulduzlu oteldə 5 gecəlik yerləşmə, gündəlik qidalanma, müxtəlif turlara, atraksionlara biletlər, səyahət sığortası, səyahət sənədlərinin hazırlanmasına dəstək)

3-cü yer – London paketi (aviabiletlər, dördulduzlu oteldə 5 gecəlik yerləşmə, gündəlik qidalanma, makaron hazırlanması master-klası, London səyahət kartı, səyahət sığortası, səyahət sənədlərinin hazırlanmasına dəstək)

Hədiyyə paketlərinin hər biri 2 böyük və 16 yaşdan aşağı 2 uşaq olmaqla 4 nəfər üçün nəzərdə tutulub.

Bir neçə Visa premial kartı olan müştərinin həmin kartlarla etdiyi ödənişlər yekunda cəmlənəcək. Beləliklə, müştərinin cəmlənmiş say qədər qazanma şansı olacaq. Hər müştəri yalnız bir dəfə qalib ola bilər. Qaliblər səyahət vaxtını özləri seçə bilərlər. Lotereyanın keçirildiyi gündən başlayaraq 1 il ərzində hədiyyə paketlərindən istifadə etmək olar.  

ABB əməkdaşları və onların yaxın qohumları lotereyada iştirak etmir. Lotereya şərtləri barədə daha ətraflı məlumatı buradan almaq olar. ABB-nin Visa premial kartlarını buradan onlayn sifariş vermək mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment