1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bank “Yelaw Boot Camp” proqramını elan edir
14.08.2023

Gənclər üçün təcrübə proqramları və silsilə layihələr həyata keçirən Yelo Bank növbəti proqrama start verir. Bu dəfə “Yelaw Boot Camp” proqramı vasitəsilə bank fəaliyyətinin hüquqi tənzimlənməsi üzrə kadr hazırlığı həyata keçiriləcək. Layihəyə seçilən gənclər praktiki biliklərə yiyələnəcək, korporativ iş mühiti ilə tanış olacaq və real karyera imkanı əldə edəcəklər.

Ali təhsil müəssisələrin hüquq üzrə bakalavr və magistr pilləsində təhsil alan, eləcə də yenicə məzun olmuş gənclər proqrama müraciət edə bilərlər. Müraciətlər onlayn qaydada aparılır, iştirak etmək istəyənlər BURADAN qeydiyyatdan keçə bilərlər. Tələblərə uyğun namizədlər test mərhələsini keçdikdən sonra müsahibəyə dəvət ediləcək. Hər iki mərhələdən uğurla keçən 15 gənc proqramda iştirak hüququ qazanacaq. 

5 həftə ərzində iştirakçılar bank fəaliyyətinin hüquqi tənzimlənməsinə dair təkcə nəzəri deyil, həm də praktiki biliklərə yiyələnəcəklər. Bankın təşkil etdiyi təlimlər peşəkar hüquqşünaslarının mentorluğu ilə baş tutacaqdır. Proqramı uğurla başa vurmuş iştirakçılar dərhal Yelo Bank-da işlə təmin olunacaqlar.

Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq Yelo Bank təcrübəsiz, lakin istedadlı kadrların yetişdirilməsinə və onların inkişafının dəstəklənməsinə önəm verir. Bu və digər layihələr ilə bağlı ətraflı məlumatı yelo.az veb-saytını ziyarət edərək və ya Bankın rəsmi sosial media hesablarına yazaraq əldə edə bilərsiniz.

Valyuta məzənnəsi haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. 

Yelo Bank – Parlaq bankçılıq!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment