1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Access2Success: qadınlar üçün biznesdə yeni başlanğıc
19.06.2023

AccessBank-ın və əsas səhmdarı olan Asiya İnkişaf Bankının dəstəyi ilə keçirilən və qadın sahibkarlar üçün nəzərdə tutulmuş Access2Success layihəsi uğurla başa çatdı.

Sahibkarlığa ilk addımlarını atan qadınların inkişafına yönəlmiş layihəyə 50 qadın qatılmışdı. İştirakçılar konsaltinq, turizm, təhsil, səhiyyə, eko məhsullar, dekor, geyim və aksessuar kimi sahələri təmsil edirdilər.

5 həftə davam edən Access2Success layihəsində qadın sahibkarlara biznesin strateji inkişafı, böhran dönəmində idarəçilik, dövlət qurumlarına hesabatların verilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi, biznesə nəzarət mövzularında təlimlər keçirilib. Təlimlər ölkənin ən güclü ekspertləri tərəfindən keçirilirdi.

Təlimin son günlərində iştirakçılar seminarlar ərzində öyrəndikləri nəzəri bilikləri gələcək bizneslərində necə tətbiq edəcəkləri barədə təqdimatlarla çıxış etdilər. Yekun tədbirə AccessBank rəhbərliyi, Asiya İnkişaf Bankının Azərbaycan ofisinin nümayəndələri və  proqramın mentorları qoşularaq iştirakçılara bizneslərində uğurlar arzu etdilər. 









Azərbaycanda mikro və orta sahibkarlığın kreditləşdirməsi üzrə lider olan AccessBank qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təlimlərini artıq ikinci dəfə idi ki, həyata keçirirdi. Ötən ildən reallaşdırılan layihədə Bankın məqsədi mikro, kiçik və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində olan xanımları dəstəkləmək və bu istiqamətdədə Azərbaycanın biznes mühitinə dəstək olmaqdır.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment