1 USD 1,7000    1 EUR 1,8908    1 RUB 0,0187    1 TRY 0,0630    XAU 3333,3260    XAG 41,8124    XPT 1640,5850    XPD 2196,5955   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Uşaqlar üçün “4 Mövsüm” kulinariya müsabiqəsi başlayır
01.06.2023

İyun ayında yalnız uşaqlar bişirəcəklər

İyun ayının 5-dan başlayaraq Facebook sosial şəbəkəsinin ən məşhur və dadlı kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunda  Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “4 Mövsüm” adlı müsabiqə başlayır. Bu müsabiqə çərçivəsində uşaqlar hər həftə müvafiq olaraq payız, qış, yaz və yay mövsümlərinə aid yeməklər hazırlayacaqlar. Hər həftənin sonunda isə bütün iştirakçıların reseptləri nəzərdən keçiriləcək və qalib seçilib dəyərli hədiyyə ilə  mükafatlandırılacaq.

Müsabiqədə 2 yaşdan 18 yaşa qədər bütün uşaqlar iştirak edə biləcəklər. Əlbəttə ki, ailə üzvlərinin kömək etməsinə də icazə veriləcək. Belə ki, müsabiqənin məqsədi uşaqlara mətbəxi sevdirmək, onlara ən sadə yeməkləri hazırlamağı öyrətmək, ailələri ilə birgə vaxt keçirib əylənməkdir. 

 “İyun ayı təqvimimdə “Uşaqların ayı” kimi qeyd olunub. Hər il bir neçə ay öncədən artıq uşaqlar üçün müsabiqə düşünməyə başlayıram və bu il də istisna olmadı. Xatırlayırsınızsa, keçən il bu vaxtlar “Uşaqlar bişirir”, ondan öncəki il “4 Yemək” adlı müsabiqələrimiz var idi. Beləliklə, iyun ayını tamamilə uşaqlara həsr edirik. Ümid edirəm ki, 1 ay ərzində övladlarımızla birlikdə gözəl nəticələr əldə edə biləcəyik və onları  özləri üçün bəzi yeməkləri artıq müstəqil şəkildə hazırlamağı öyrədəcəyik. Mən özüm də hər zaman olduğu kimi böyük həvəslə balalarımla birlikdə bu müsabiqə üçün yeməklər hazırlayacağam”, - deyə qrupun admini və müsabiqənin müəllifi, səsləndirmə aktyoru Kübra Kərimli vurğulayıb. 

Müsabiqəyə qoşulmaq üçün Facebookdakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır: https://www.facebook.com/groups/158809490864818/ 

Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılacaq. 

Müsabiqənin baş sponsoru “Soliton” mağazalar şəbəkəsidir.  

Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 30000-ə yaxın üzvü var. Qrup maraqlı onlayn kulinariya müsabiqələri və faydalı rubrikaları ilə məşhurdur. 

 


     



09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
 
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment