1 USD 1,7000    1 EUR 1,8908    1 RUB 0,0187    1 TRY 0,0630    XAU 3333,3260    XAG 41,8124    XPT 1640,5850    XPD 2196,5955   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


“Qeyri-neft və qeyri-dövlət sektorunun Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarına investisiya imkanları” mövzusunda ilk dəfə
31.05.2023

“Qeyri-neft və qeyri-dövlət sektorunun Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarına investisiya imkanları” mövzusunda ilk dəfə Bakı Fond Birjasının təşkilatçılığı ilə onlayn formatda ödənişsiz vebinar keçirilmişdir

30 may 2023-cü il tarixində  Bakı Fond Birjasının təşkilatçılığı ilə ilk dəfə “Qeyri-neft və qeyri-dövlət sektorunun Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarına investisiya imkanları” mövzusunda investorlar üçün ödənişsiz onlayn vebinar keçirilmişdir. Tədbirin əsas məqsədi investorlara cari hesablarında olan sərbəst vəsaitlərinin Mərkəzi Bankın notlarına investisiya edərək  gəlirin əldə olunması ilə bağlı idi.

Vebinar zamanı iştirakçı qismində çıxış edən çoxsaylı potensial investorlara Bakı Fond Birjası tərəfindən Mərkəzi Bankın notlarının buraxılış qaydaları və üstünlükləri haqqında ətraflı məlumat verilmişdir.

Həmin qiymətli kağızlar qısa müddət ərzində yüksək gəlirlilik qazanmaq imkanı yaradır. Belə ki, digər ənənəvi investisiya imkanları ilə müqayisədə Mərkəzi Bankın notları daha likvid, effektiv və risksiz investisiya alətidir. Mərkəzi Bankın notlarını ilkin bazarda əldə etdikdən sonra, investor, həmçinin təkrar bazar və repo əməliyyatları vasitəsi ilə həmin qiymətli kağızların likvidliyini təmin edə bilər. 

Bundan əlavə hüquqi şəxslər banklarla repo əqdi bağlamaqla mülkiyyətində olan notlardan istifadə edərək müvəqqəti likvidlik ehtiyaclarını təmin edə bilirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarına əsasən investor bazası genişləndirilərək banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etmişdirlər. 

Bakı Fond Birjası tərəfindən təşkil edilən Vebinar potensial investorlar tərəfindən maraqla qarşılanmışdır.

 


     



09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
 
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment