1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda Elmi Konfrans həyata keçirilib
31.05.2023

30  may 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda Elmi Konfrans həyata keçirilib.

Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim Ceyhun Məmmədov Konfrans iştirakçılarını salamlayaraq pandemiya və postpandemiya dövründə Mərkəzi Gömrük Hospitalının uğurlu fəaliyyət göstərən tibb müəssisələrindən biri olduğunu vurğulayıb. Xüsusilə elmi məlumatların paylaşılması və təcrübə mübadiləsinin təmin edilməsi istiqamətində pandemiya dövründə də Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirildiyini vurğulayan C.Məmmədov çıxışının sonunda iştirakçıları müzakirə sessiyalarında aktiv olmağa dəvət edib.

Konfransın rəsmi açılış hissəsində eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov, ATU-nun " Allerqologiya və immunologiya" kafedrasının müdiri, əməkdar elm xadimi, t. e. d., professor, əməkdar həkim Lalə Allahverdiyeva və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva da çıxış edib. Spikerlər mövzu ilə əlaqəli fikirlərini bölüşərək vacib əhəmiyyətli tibbi mövzulara dair Tibbi Xidmət İdarəsi tərəfindən keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Rəsmi hissədən sonra Konfransın elmi hissəsi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və ATU-nun " Allerqologiya və immunologiya" kafedrasının müdiri, əməkdar elm xadimi, t. e. d., professor, əməkdar həkim Lalə Allahverdiyevanın moderatorluğu ilə davam edib. 

100-ə yaxın iştirakçının əyani, 300-ə yaxın iştirakçının distant iştirak etdiyi Konfrans zamanı postkovid sinromla əlaqəli mövzulara dair Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdimatlar edilib və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilmiş Konfrans Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsindən canlı yayımlanıb

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment