1 USD 1,7000    1 EUR 1,8908    1 RUB 0,0187    1 TRY 0,0630    XAU 3333,3260    XAG 41,8124    XPT 1640,5850    XPD 2196,5955   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB-nin dəstəyi ilə 5-ci Milli Kitab Sərgisi keçirilir
30.05.2023

İçərişəhərdəki Qoşa Qala meydanında 5-ci Milli Kitab Sərgisi başlanıb. Burada 70 000-dən çox kitab 70%-dək endirimlə satışa çıxarılıb. Sərgidə kitab təqdimatları, yerli və xarici yazarlarla görüşlər, imza günləri, panel müzakirələri, poeziya axşamları da keçirilir. Sərgidə nəşriyyatlar, yayım şirkətləri, yaradıcı təşkilatlar, əl işləri ilə məşğul olan sənətkarlar öz məhsullarını ziyarətçilərə təqdim edirlər. Belə tədbirlərin təşkilində məqsəd  ölkəmizdə kitaba, mütaliəyə, biliklərə marağı artırmaq, yaradıcı istedadlara dəstəkdir.  

ABB də 5-ci Milli Kitab Sərgisinə tərəfdaşlıq dəstəyi göstərir. Sərginin açılış mərasimində çıxış edən ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki, Vətəndaşlıq məsuliyyəti ABB-nin əsas korporativ dəyərlərindəndir: “Müxtəlif layihələrimizlə bilik və bacarıqlar qazanmaq imkanlarını hər kəsə əlçatan edirik. Bununla ölkəmizin gələcəyinə töhfə verməyə çalışırıq. İnsanları kitaba, mütaliəyə alışdırmaq bir cəmiyyətin gələcəyinə ən böyük faydadır. Ona görə ABB olaraq 5-ci Milli Kitab Sərgisinə tərəfdaşlıq dəstəyi göstəririk”. 

Sərgidə ABB-nin xüsusi stendi var. Ziyarətçilər burada Bankın məhsul və xidmətləri ilə də tanış ola bilirlər. Sərgi 4 iyuna qədər davam edəcək. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə sərginin körpə ziyarətçilərini maraqlı sürprizlər gözləyir. Sərgiyə giriş ödənişsizdir. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
 
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment