1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Qlobal Pul Həftəsi” çərçivəsində Zəngilan rayonunun Ağalı kənd orta məktəbinin şagirdləri maliyyə savadlılığı tədbirlərinə cəlb olunmu
04.04.2023

“Qlobal Pul Həftəsi” çərçivəsində Zəngilan rayonunun Ağalı kənd orta məktəbinin şagirdləri maliyyə savadlılığı tədbirlərinə cəlb olunmuşdur

 Hər il təşkil olunan “Qlobal Pul Həftəsi”nin 2023-cü il üzrə nəzərdə tutulan tədbirləri (GMW2023) çərçivəsində Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin 54 şagirdi maliyyə savadlılığı tədbirlərinə cəlb olunmuş və məktəblilərin Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platformasında yerləşdirilmiş “Uşaqlar və Pullar” kursunda (https://edu.e-cbar.az/course/preview.php?id=125) iştirakı təmin edilmişdir.

Şagirdlər virtual kurs vasitəsilə pulun yaranma tarixi, Azərbaycan Respublikasının milli pul nişanları haqqında ətraflı məlumat əldə etmiş, habelə pulların idarə edilməsi, effektiv xərclənməsi, qorunması, sığorta, rəqəmsal ödənişlər və maliyyə savadlılığının digər komponentlərinə dair bir çox suallara cavab tapmışlar.

28 mart 2023-cü il tarixində şagirdlərin qeyd edilən kurs üzrə əldə etdikləri biliklərin qiymətləndirilməsi və onlara maliyyə savadlılığına dair əlavə resursların təqdim edilməsi məqsədilə Ağalı kənd tam orta məktəbinin pedaqoji heyəti və şagirdləri ilə əyani görüş keçirilmiş, şagirdlərin sözügedən kursla bağlı sualları cavablandırılmış və onlara Mərkəzi Bankın digər intellektual resursları barədə ətraflı məlumat verilmişdir.

Mərkəzi Bank tərəfindən regionlarda maliyyə savadlılığının artırılması məqsədilə bütün əhali qruplarının, o cümlədən ali, orta və peşə ixtisası üzrə təhsil alan tələbələrin və orta məktəb şagirdlərinin seminar və kurslara cəlb edilməsi istiqamətində fəaliyyət davam edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment