1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Banklar Assosiasiyasının bəyanatı
03.04.2023

Son günlərdə müəyyən sosial şəbəkələrdə müxtəlif istifadəçilər tərəfindən “bank sisteminin çökməsi”, “əmanətlərin dondurulması”, “kart və hesablarda olan pulları nağd etmək tövsiyə edilir” başlıqları altında həqiqəti əks etdirməyən və əsası olmayan paylaşımlar yer almaqdadır.

Azərbaycan Banklar Assosiasiyası olaraq bəyan edirik ki, bu məlumatlar tamamilə yanlışdır və təxribat xarakteri daşıyır.

Bildirmək istəyirik ki, 2022-ci ilin nəticələri bank sistemi, o cümlədən rəqəmsal ödənişlər üzrə uğurlu olmuşdur. Bank sektorunda müşahidə olunan inkişaf tendensiyası hazırkı dövrdə də yüksələn trayektoriya ilə davam edir və bank sistemi bu inkişaf fonunda öz dayanıqlılığını qorumaqdadır.

Cari ilin fevral ayının sonuna Azərbaycan bank sektorunun aktivlərinin həcmi 45.7 mlrd. manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.8% çoxdur. Hesabat dövründə bankların kredit portfelinin həcmi isə ötən ilin fevralına nəzərən 15.4%, ilin əvvəlinə nəzərən isə 163 mln. manat artaraq, 19.8 mlrd. manata yüksəlmişdir.

Banklara inam göstəricisi kimi göstərilən əhalinin banklardakı əmanətlərinin həcmi isə 11.7 mlrd. manata yüksəlmişdir ki, bu da illik 18.1%, ilin əvvəlinə nəzərən isə 1.5%-lik artımın olduğunu göstərir.

Bank sektorunun kapitalının həcmi də artaraq, 5.7 mlrd. manat təşkil etmişdir. Qeyd olunan göstərici əvvəlki ilin müvafiq dövrünə nəzərən 13.3%, ilin əvvəlinə nəzərən isə 2% yüksəlmişdir.

Sektorun mənfəətliliyi də yüksək səviyyədə qalmaqda, ötən ilki göstəriciləri daha da üstələməkdədir. Belə ki, bu ilin yanvar-fevral aylarında sektorun faiz gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 39.2%, qeyri-faiz gəlirləri 23.6%, xalis mənfəəti isə 44.6% artmış, xalis mənfəəti 155.7 mln. manat təşkil etmişdir.

Cari ilin fevral ayında dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.4% artaraq, 13 mln. 654 min ədəd təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artmış və 2877 mln. manat olmuşdur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Banklar Assosiasiyası ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi təxribat xarakterli hallara qarşı ehtiyatlı olmağa çağırır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment