1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


ASA jurnalistlər arasında yazı müsabiqəsi elan edir
17.03.2023

Azərbaycan Sığortaçılar Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il 29 sentyabr tarixdə imzalanan "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" Sərəncamı rəhbər tutaraq və bu Sərəncama əsasən müasir və müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ölkədə silsilə tədbirlərin həyata keçirilməsini nəzərə alaraq jurnalistlər arasında yazı müsabiqəsi elan edir.

ASA-dan verilən məlumata görə, “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunan bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunur.

Qurumdan bildirilir ki, yazı müsabiqəsində I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 1500, 1000, 750 AZN məbləğində pul mükafatları və sertifikatlar, o cümlədən IV və V yerləri tutan jurnalistlərə isə həvəsləndirici mükafatlar təqdim olunacaq.

Yazı müsabiqəsinin şərtləri aşağıdakı kimidir:

• Müsabiqədə 17 mart 2023-cü il tarixdən 10 may 2023-cü il tarixədək olan zaman aralığında dərc olunmuş yazılar iştirak edəcək;

• Müsabiqədə yalnız qeyd olunan dövr ərzində mərkəzi və regional elektron və çap mediasında dərc olunan məqalələr iştirak edə bilər;

• Müsabiqədə iştirak edən məqalələr “Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb” epiqrafı ilə dərc edilməlidir;

• Müsabiqədə iştirak edən yazılara işarə limiti tətbiq olunmur;

• Müsabiqə iştirakçısı müsabiqə üçün yazdığı məqalənin dərc olunduğu qəzet və ya jurnalın skan edilmiş elektron variantını, elektron KİV-də yerləşdirilmiş yazının isə linkini ASA-nın rəsmi e-mail (office@asa.az) adresinə mövzu yerinə “Müsabiqə üçün” yazmaqla göndərməlidir;

• Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə yuxarıda qeyd olunan məbləğlərdə pul mükafatları və sertifikatlar, o cümlədən IV və V yerləri tutan jurnalistlərə isə həvəsləndirici mükafatlar təqdim olunacaqdır;

• Müsabiqə üçün təqdim olunmuş yazıların qiymətləndirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu tərəfindən təşkil olunmuş münsiflər heyəti tərəfindən həyata keçiriləcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment