1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


TuranBank Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı təşkil olunmuş ağacəkmə aksiyasına qoşuldu
17.03.2023

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə martın 13-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə təşkil edilən ağacəkmə aksiyasına ölkənin aparıcı banklarından biri olan TuranBank da qoşulmuşdur.

Müşviqabad qəsəbəsində keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə assosiasiyalarının (Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının) və bu assosiasiyalara üzv təşkilatların rəhbər şəxsləri və kollektivi iştirak etmişdir.

Aksiya zamanı 3 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.

Məlumat üçün bildirək ki, 13 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Mikromaliyyə Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Fintex Assosiasiyası arasında “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u imzalanıb. Bu memoranduma əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə bu ildən başlayaraq 10 il ərzində hər il yüz min ağac olmaqla, ümumilikdə bir milyon ağacın əkilməsi ilə əlaqədar müvafiq işlər görüləcəkdir. Ağacəkmə tədbirlərinin işğaldan azad olunmuş ərazilərdə də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, TuranBank ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir. 














TuranBank

Bizimlə etibarlıdır… 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment