1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Aqrarkredit” QSC Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara kreditləşmənin əhatəsini genişləndirir
16.03.2023

Ölkə başçısının müəyyən etdiyi iqtisadiyyatın regional şaxələnməsi strategiyasına uyğun olaraq, Azərbaycanın regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Bütün bunların nəticəsidir ki, ölkədə olduğu kimi muxtar respublikada da sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, ərzaq və enerji təhlükəsizliyi təmin edilmiş, yerli istehsalın həcmi artmışdır. Digər tərəfdən kənd təsərrüfatına dövlət dəstəyi aqrar sahədə sahibkarlığın inkişafına geniş imkanlar açmışdır. Torpaq mülkiyyətçilərinə və fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi, lizinq xidmətinin təşkili, texnika və avadanlıqlarla təminat özəl mülkiyyətə əsaslanan təsərrüfatların sayını artırmışdır. Hazırda muxtar respublikada aqrar sahədə məhsul istehsalının əsas hissəsi özəl mülkiyyətə əsaslanır.

Naxçıvan Muxtar Respublikasında 01.01.2023-cü il tarixinə 1188 müəssisə (hüquqi şəxs), 35.9 mindən artıq fərdi sahibkar fəaliyyət göstərir. Bunlardan  təxminən 10 faizi aqrar sferada, qalanları isə iqtisadiyyatın digər sahələrində çalışırlar.

Aqrarkredit QSC-nin Naxçıvan Muxtar Respublikasının bütün rayonlarına xidmət edən regional filialı fəaliyyət göstərir. Naxçıvan filialının kredit portfeli 01.01.2023-cü il tarixə 2.6 milyon manat olmuşdur. Hazırda filial 400-dən artıq sahibkar borcalana xidmət göstərir.

Sahibkarlığın inkişafı maliyyə xidmətlərinin genişləndirilməsini,  xüsusi olaraq maliyyə-kredit resurslarının əlçatanlığının yaxşılaşdırılmasını zəruri edir.

Ölkənin aqrar sahəsinin  kreditləşməsində yüksək təcrübəyə malik olan  “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (“Aqrarkredit” QSC) tərəfindən 2023-cü il martın 14-də Naxçıvan filialında,  mətbuat nümayəndələrinin iştirakı ilə sahibkarlarla görüş keçirilmiş, muxtar respublikada fəaliyyət göstərən sahibkarlara kreditlər verilmişdir.

Naxçıvan Muxtar Respublikanın kənd yerlərində mikro, kiçik və orta sahibkarların (məhsul istehsalçılarının) kreditə olan tələbatının ödənilməsini, sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılmasını, Aqrarkredit QSC-nin bazar payının artırılmasını təmin etmək üçün bu istiqamətdə “Aqrarkredit” QSC-nin 14 fevral 2023-cü il tarixli Qərarı ilə Kredit Təşkilatının Naxçıvan filialı tərəfindən sahibkarlıq subyektlərinə, fiziki və hüquqi şəxslərə, ailə kəndli təsərrüfatlarına göstərilən kredit xidmətlərinə görə  tətbiq olunan faiz dərəcələri xeyli aşağı salınmış və kreditlərə güzəşt müddətləri artırılmışdır.  

Həmin qərarla “Aqrarkredit” QSC-nin öz vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı məhsullarının tədarükü, ticarət, xidmət  və digər sahələrə əlverişli şərtlərlə, eyni zamanda Aqrar Kredit və İnkişaf Agentliyinin və  Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli şərtlərlə kreditlərin verilməsi qərara alınmışdır.

Martın 14-də tədbirin keçirilməsində də məqsəd həmin kreditlərin əlverişli şərtlərlə sahibkarlıq subyektlərinə verilməsi, eyni zamanda bu barədə  ictimaiyyətin  məlumatlandırılmasından ibarət olmuşdur. 

Ona görə də martın 14-də “Aqrarkredit” QSC-nin Naxçıvan regional filialında aqrar sferada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə  əlverişli şərtlərlə 60 min manatdan  çox kreditlər verildi.

Ümumilikdə ilin əvvəlindən  “Aqrarkredit” QSC-nin Naxçıvan regional filialı tərəfindən 85 müştəriyə 800 min manatdan artıq güzəştli şərtlərlə kreditlərin verilməsi həyata keçirilmişdir. Verilmiş həmin kreditlərin 70 faizdən çoxu aqrar sferada çalışan sahibkarların payına düşmüşdür.

Eyni zamanda Muxtar Respublikada  kredit xidmətinin coğrafiyasının daha da genişləndirilməsi üçün  regional nümayəndələrin işə cəlb olunması planlaşdırılır. Hazırda Naxçıvan filialının əhatə dairəsi daha çox Naxçıvan şəhərini, Şərur və Babək rayonlarını əhatə edir. Yeni strateji dövrdə Muxtar Respublikanın bütün rayonlarını əhatə etməklə kredit xidmətinin əhatə dairəsi genişləndiriləcək.

Qeyd olunanlarla yanaşı “Aqrarkredit” QSC tərəfindən aqrar sahədə fəaliyyət göstərən sahibkarlara maliyyə xidmətlərinin əhatəsini genişləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq nəzərdə tutulur. Bununla bağlı müvafiq müqavilələr imzalandıqdan sonra muxtar respublikada aqrar sahədə fəaliyyət göstərən sahibkarlara, həmin fondun vəsaitlərindən istifadə etməklə güzəştli şərtlərlə kreditlərin verilməsinə start veriləcəkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment