1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Təranə Bayramova ilə müsahibə
14.03.2023

“Qaraciyər nəqli olan qadınlarda reproduktiv funksiyanın öyrənilməsi və idarə olunması vacibdir”

Dünyada qaraciyər çatışmazlığına səbəb olan xroniki xəstəliklərin sayı ildən-ilə artmaqdadır. Qaraciyər nəqli hər hansı bir və ya iki üzvün funksiyasının tamamilə pozulması və sıradan çıxması zamanı qəbul olunmuş yeganə müalicə üsuludur. Aparılan tədqiqatlara görə, son 3 ildə Türkiyədə böyrək köçürülmüş qadınların 37%-ni, qaraciyər nəqli olanların 41%-ni,  Amerikada isə 60%-ini reproduktiv yaşlı qadınlar təşkil edir.

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, gömrük tibb xidməti polkovnik-leytenantı, t.ü.f.d., mama-ginekoloq Təranə Bayramova qaraciyər nəqli olan qadınlarda reproduktiv funksiyanın öyrənilməsi və idarə olunması barədə suallarımızı cavablandırıb.

- Təranə həkim, qaraciyər nəqlindən sonra hamiləlik mümkündürmü? 

- Tibb tarixində qaraciyər nəqlindən sonra ilk uğurlu hamiləlik haqqında 1978-ci ildə məlumat verilmişdir. 40 həftə 5 günlük hamiləlik nəticəsində çəkisi  2400 qram olan uşaq doğulmuşdur. Ana və uşaq sağlam olmuş, doğuşsonrası bir illik müşahidə zamanı ağırlaşmalar izlənməmişdir. 

- Qaraciyər köçürülməsindən sonra uyğun hamiləlik vaxtı necə təyin edilir? 

- Qaraciyər transplantasiyasından sonra hamiləlik üçün ən uyğun vaxt qaraciyər funksiyasının normallaşdığı müddət və bu dövr ərzində fəsadlaşma olmaması şərti ilə nizamlı dərman müalicəsindən sonrakı dövr uyğun hesab edilir. Əvvəlki illərdə orqan rəddetməsinin baş verməməsi, nəql olunan orqan hissəsinin funksiyasının sabit və düzgün olması, dölün inkişafına təsir göstərən kəskin infeksiyalaşmanın görülməməsi, immunosupressiv dərman dozasının sabitliyi qorunub saxlanıldığı təqdirdə hamiləliyin baş verməsi mümkündür. Aparılan tədqiqatlardan sonra məlum olmuşdur ki, qaraciyər nəqlindən 2 il sonra hamilə qalmaq uyğundur.

- Qaraciyər nəqli olmuş hamilələrdə ana və dölə bağlı hansı ağırlaşmalar ola bilər? 

- Anaya bağlı ağırlaşmalara arterial təzyiqin yüksəlməsi, şəkərli diabet, qanda laxtalanmanın pozulması, qanazlığı, infeksiya, nəql olan orqan hissəsinin sıradan çıxması, öd yollarında durğunluq, böyrəklərin iltihabı aid edilir. Dölə bağlı ağırlaşmalara isə hamiləliyin ilkin həftələrində dölün inkişafdan qalması, bətndaxili inkişafın ləngiməsi və hipoksiyası, immun sisteminin çökməsi, anadangəlmə infeksiya (toxoplazmoz, HBV, HCV, CMV) və autoimmun xəstəlik risklərinin yüksək olması aiddir.

- Hamiləlikdə immunosupressiv dərmanlardan istifadə oluna bilərmi?

- Hamiləlik planlanarkən transplantasiya komandası ilə immunosupressiv dərman, ana, döl və nəql olunan orqan hissəsi üçün fayda və zərərlər müzakirə edilməli və ən etibarlı müalicə sxemi seçilməli və immunosupressiv müalicə davam etdirilməlidir. 

- Hansı immunosupressivlərin hamiləlik dövründə istifadəsi uyğundur?  

- Kortikosteroid, Basiliximab, Cyclosporine, Tacrolimus, Sirolimus, Everolimus, Micophenolate mofetil, Azathioprine.

- Orqan transplantasiyası olan qadınlarda zahılıq və südvermə dövrü necə idarə olunmalıdır? 

- Ana və gələcək körpənin sağlamlığı üçün nəql edilən orqan hissəsinin funksiyası təqib edilməli, qanda vaxtaşırı immunosupressiv vasitələrin səviyyəsi təyin olunmadır. Takrolimusun ana südünə çox az keçdiyini nəzərə alaraq, südverən analara təyin edilə bilər. Südvermə dövründə immunosupressiv dərmanların körpələrin mental və fiziki inkişafına təsir etməməsi müəyyən olunmuşdur, lakin bəzi hallarda zahılıq dövründə immunsupressantlar depressiya yarada bilər.

- Qaraciyər nəqlindən əvvəl və sonra hansı tövsiyələr verilə bilər? 

- Nəqldən əvvəl qadın alıcılar mütləq ginekoloji müayinə olunmalı, pap testi alınmalı və nəticəsi dəyərləndirilməli, problemlər varsa, nəqlə qədər aradan qaldırılmalıdır. Nəqldən 3 ay sonra yenidən ginekoloji baxış olmalı, alıcı qadın hamiləlik, qorunma üsulları, verilməsi mütləq olan təhlillər barədə məlumatlandırılmalıdır. Alıcı qadında baş verə biləcək hər hansı bir xəstəlik transplantasiya briqadası tərəfindən müzakirə olunmalıdır. 

- Təranə xanım, tibbin yeni və vacib sahəsi olan orqan transplantasiyasına alıcıların hazırlanması sizin hospitalda necə təşkil olunmuşdur? 

- Mərkəzi Gömrük Hospitalında tibb üzrə fəlsəfə doktoru Dr.Mircalal Kazıminin rəhbərliyi ilə Transplantasiya şöbəsi fəaliyyət göstərməkdədir. Xəstələrin nəqldən öncə və sonra müayinə olunması üçün müxtəlif profillərdən olan mütəxəssis həkimlər cəlb olunmuşdur. Transplantasiya mükəmməl komanda işidir. Şöbəyə müraciət edən və orqan köçürülməsi ehtiyacı olan qadın pasiyentlər nəqldən əvvəl və sonra Mama-ginekologiya şöbəsinin həkimləri (tibb üzrə fəlsəfə doktoru, Dr. Təranə Bayramovanın rəhbərliyi ilə gənc həkimlərdən Leyla Qaçaylı, rezidentlərdən Güllüxanım Rəhimova, Səidə Şindiyeva) tərəfindən müayinə edilərək, ginekoloji patologiyalar konservativ və cərrahi yolla aradan qaldırılmaqdadır. 2018-ci il tarixindən etibarən bu günə qədər xəstələrdən əldə olunan nəticələr toplanaraq, elmi tədqiqat işləri aparılmaqdadır. Laborator-instrumental və klinik xəstə göstəriciləri əsasında 2 metodik vəsait, tezis və elmi-populyar məqalələr hazırlanaraq yerli və xarici jurnallarda çap olunmuşdur.

- Müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı: Dilara Zamanova, 

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment