1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında təlim keçirilib
13.03.2023

Mərkəzi Gömrük Hospitalında “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib.

10 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamına əsasən Mərkəzi Gömrük Hospitalında “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının əməkdaşları, o cümlədən Dövlət Gömrük Komitəsinin Akademiyasının məsul nümayəndəsi, Könüllü gömrükçü dəstəsinin üzvləri, Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan rezidentlər və Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecinin təcrübə keçən tələbələri iştirak ediblər. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev təlim iştirakçılarını salamlayaraq “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” mövzusunda təqdimatla çıxış edərək, yeni sintetik narkotiklər, psixoaktiv maddələrin növləri, onların insan orqanizmində yaratdığı fəsadlar və bu təhlükələrlə mübarizə yolları barədə, o cümlədən narkotiklərin istifadəsinin struktur dəyişikliyi, opium qrupuna daxil olan narkotik maddələr, dərman preparatlarının tərkibində olan narkotik vasitələr, eləcə də bu preparatların satışı qaydaları, bəzi yayılmış narkotik vasitələrin xüsusiyyətləri, təsirləri və yaratdıqları fəsadlar barədə ətraflı məlumat verib. 

Daha sonra təlimdə Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı, tibb xidməti baş leytenantı İradə Ramazanova “Çağdaş dövrdə psixotrop dərmanların yaratdığı problemlər” mövzusunda təqdimatla çıxış edərək mövzu ilə əlaqəli aktual məsələr barədə ətraflı danışıb. Təlimin sonunda İsmayıl Əfəndiyev və Dr. İradə Ramazanova iştirakçıları maraqlandıran sualları cavablandırıblar.Təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment