1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət” “Heydər Əliyev İli”nə həsr olunmuş müsabiqə reallaşdırıb
13.03.2023

10 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı, “Code Academy” tədris müəssisəsinin baş sponsorluğu ilə “Çevik 100 İl” ideya müsabiqəsi təşkil olunub.

“Heydər Əliyev İli”nə həsr olunmuş müsabiqənin əsas məqsədi dövlət xidmətlərində yeni həllərin və düşüncə tərzinin tətbiqi, ulu öndərin dövlət idarəçiliyi sahəsində gördüyü işlərin təhlili nəticəsində bu sahədə yeni ideyaların gerçəkləşdirilməsidir. Bu məqsədlə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən qurumların əməkdaşlarından ibarət 21 komanda formalaşdırılıb və onlar hər bir dövlət xidmətinin sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində yeni həllərin hazırlanması üzrə ideyalarını təqdim ediblər.

Tədbirin açılış mərasimindən sonra “Dövlət xidmətlərinin təşkilində dizayn əsaslı düşüncənin tətbiqi” mövzusunda təqdimat baş tutub.

Eyni zamanda “Gələcəyin Qarabağı: Onun arzusu” komanda quruculuğu və “Çevik xidmət” ideya müsabiqəsi gerçəkləşib.

Müsabiqə çərçivəsində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş intellektual yarış da baş tutub. O cümlədən ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair təqdimat edilib.

Sonda müsabiqənin mükafatlandırma mərasimi həyata keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev çıxış ediblər.

“Azərişıq” ASC-nin “Zəfər” komandası “Vətəndaşyönümlü həll” nominasiyası, Milli Arxiv İdarəsinin  “Xan” komandası “Dayanıqlı həll” nominasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Murovdağ” komandası  “Uğurlu təqdimat” nominasiyası, Energetika Nazirliyinin “Ağdam” komandası "Səmərəli həll” nominasiyası,  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Hadrut” komandası isə “İnnovativ həll” nominasiyası üzrə təltif edilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment