1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirildi
09.03.2023

Maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın daha da gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının getdikcə yaxşılaşdırılması məqsədilə yaradılan Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirildi.

Orta və uzunmüddətli dövrdə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlılığının qorunması baxımından iqtisadiyyatın şaxələnməsi proseslərinin vacibliyi barədə məsələləri çıxışında önə çəkən Mərkəzi Bankın sədri Taleh Kazımov diqqətə çatdırdı ki, hazırda Mərkəzi Bank tərəfindən maliyyə sektorunun inkişafı üzrə Strategiya hazırlanmaqdadır və həmin strategiyada maliyyə sektorundakı problemlərin həlli istiqamətində prioritet məsələlər əksini tapır. Qeyd etdi ki, real sektorda, xüsusilə rayon və kənd yerlərində iqtisadi subyektlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycandakı Amerika Ticarət Palatasının, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və digər qurumların rəhbərləri çıxış edərək bildirdilər ki, sahibkarlarla maliyyə-bank sektoru arasında aktiv dialoq platforması olan Sahibkarlarla Əməkdaşlıq Şurasının faəliyyəti sahibkarlıq subyektlərinin maliyyə-bank xidmətlərinə çıxışının yaxşılaşmasına şərait yaratmaqla bütövlükdə istehsal və xidmət sahələrinin inkişafına, milli iqtisadiyyatın şaxələnməsinə, qeyri-neft sektorunda iqtisadi artımın daha da sürətlənməsinə töhfəsini verməkdədir.

Çıxışlarda real sektorun kreditləşməsinin aktivləşdirilməsi, regionların iqtisadi inkişafının sürətləndirilməsi üçün investisiya şirkətlərinin fəaliyyətinin gücləndirilməsi, güzəştli kreditlərin əhatə dairəsinin genişləndirilməsi və daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, regionlarda sahibkarların girov təminatında üzləşdikləri problemlərin (xüsusilə daşınar əmlakın girov kimi qeydiyyatı üzrə) aradan qaldırılması, real sektorun, eləcə də kənd təsərrüfatının inkişaf etdirilməsi üçün islam bankçılığı kimi alternativ maliyyə alətlərindən istifadənin nəzərdən keçirilməsi, sahibkarlar üçün maliyyə-bank xidmətlərinin rahatlaşdırılması, sahibkarların maliyyə savadlılığının artırılması üçün təlimlərin təşkil edilməsi, habelə müvafiq qanun layihələrinin hazırlanması və düzəlişlərin edilməsində sahibkarlarla müzakirələrin aparılması, həmçinin Mərkəzi Bankın requlyator kimi zəruri dəstək tədbirləri və digər məsələlər önə çəkildi. Mərkəzi Bank tərəfindən milli iqtisadiyyatda baş verən proseslər, onların təsirləri ilə bağlı aparılan təhlillər və tədqiqat nəticələri barədə sahibkarların məlumatlandırılmasının vacibliyi vurğulandı.

Görüşdə daha sonra sahibkarlar və banklar üçün aktual mövzular ətrafında geniş müzakirələr aparıldı.

T.Kazımov müzakirələrin nəticələrini ümumiləşdirərək iclasın çox faydalı olduğunu qeyd etdi, səslənən təklifləri dəstəklədiyini bildirdi. Qeyd etdi ki, burada qaldırılan məsələlər, səsləndirilən təkliflər hərtərəfli öyrəniləcək, həmin istiqamətlər üzrə birgə iş aparılacaq.

Sonda iclasa yekun vuraraq əminliyini ifadə etdi ki, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar şəraitində biznes mənsubları güclü və dayanıqlı maliyyə sisteminin yaratdığı imkanlardan daha geniş miqyasda faydalanacaqlar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment