1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Bankın məlumatı
09.03.2023

Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 75-ci maddəsinə görə səhmdar cəmiyyətinin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanaraq onun səhmdarlarının ümumi yığıncağı tərəfindən təsdiq edilir və həmin tarixdən etibarən 10 gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Mərkəzi Bank hesabatın açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, cəmiyyət təqdim etdiyi tarixdən etibarən 30 gün ərzində illik hesabatının öz internet səhifəsində (olduqda) və kütləvi informasiya vasitələrində açıqlanmasını təmin etməlidir.

Qanunvericiliyin tələblərinə əsasən Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır.

Səhmdar cəmiyyətləri cari il üzrə sahibkarlıq fəaliyyətini dayandırdığı halda bu barədə cəmiyyətin ümumi yığıncağının qərarı və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq Dövlət Vergi Xidmətinə təqdim edilmiş arayış əlavə olunmaqla Mərkəzi Banka məlumat verilməsi tövsiyə olunur.

Emitentlərin nəzərinə çatdırılır ki, qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə səhmdar cəmiyyətlərinin illik hesabatının hazırlanması, Mərkəzi Banka təqdim edilməsi və açıqlanması təmin edilmədikdə bu, emitentlərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb olunmasına səbəb olur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment