1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjasında gender bərabərliyinə həsr edilmiş “Açılış Zəngi” keçirilmişdir
07.03.2023

7 mart 2023-cü il tarixində Bakı Fond Birjasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanın tərəfdaşlığı ilə gender bərabərliyinə həsr olunmuş sayca 3-cü “Açılış Zəngi” mərasimi keçirilmişdir. 

Açılış mərasimində Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Əməkdaşlıq üzrə regional direktorun müavini, Missiya Rəhbərinin müavini Cənab Alberto Hernandez,  BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu Gürcüstan üzrə ölkə təmsilçisi Kaori İşikava, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq əlaqələr və prokotol xidmətinin konsultantı Zahidə İsrafilova, BMTİP Azərbaycan Proqram Rəhbəri Leyla Fəthi,  BMTİP Azərbaycan Layihə Rəhbəri Aygün Əhmədova, Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti əməkdaşı Nilüfər Əliyeva,  Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi korporativ xidmətlər departamentinin rəhbəri Esli Dilbazi, Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva, Freedom Finance Azerbaijan biznes prosesləri və layihə meneceri Leyla Qaralova, Accesbank insan resursları üzrə icraçı direktor Nigar Hüseynzadə,  Azfinans İnvestisiya şirkəti beynəlxalq bazarlar departamentini mütəxəssisi Şəms Kərimova və BMTİP global təşəbbüs proqramı olan WEPs proqram eksperti Fidan Qasımova çıxış etmişlər. 

Qeyd edək ki, Bakı Fond Birjası 2020-ci ildə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır və hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirdirlər. 

Əlavə olaraq bildirmək istərdik ki, fevral ayında Bakı Fond Birjası BMT-nin İnkişaf Proqramı ilə tərəfdaşlıqla “Qadınların səlahiyyətlərinin artırılması prinsipləri” - WEPs (Women Empowerment Principles) təşəbbüsünə qoşulmuşdur və BMT Qadın Agentliyi və BMT Qlobal Sazişinin irəli sürdüyü bu təşəbbüsə Azərbaycanda qoşulmuş 21 şirkətdən biridir.    

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment