1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ASAN könüllüləri “Şuşa üçün yarat” müsabiqəsini reallaşdırıblar
06.03.2023

5 mart 2023-cü il tarixində Şamaxı şəhərində ASAN könüllüləri arasında “Şuşa üçün yarat” müsabiqəsi baş tutub.

80 gənc arasında gerçəkləşən müsabiqənin əsas məqsədi iştirakçıların innovasiya yönümlü potensiallarının aşkarlanması, onlar  arasında komanda ruhu və quruculuğu, ideya formalaşdırma bacarıqlarının inkişaf etdirilməsi, həmçinin gənclərə vətənpərlik ruhunu aşılamaq olub.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində baş tutan müsabiqənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət  və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov da  iştirak edib. 

 “Şuşanı tanıt” komanda quruculuğu oyunları, Ulu öndər Heydər Əliyevə  həsr olunmuş intellektual yarış və  “Şuşa üçün yarat!” ideya müsabiqəsi baş tutub.

İdeyaların təqdimatından sonra bağlanış mərasimi baş tutub. İlk 3 yerə layiq görülən komanda dəyərli hədiyyələrlə mükafatlandırılıb və bütün iştirakçılar sertifikatla təltif olunublar.

“Şuşa üçün yarat” müsabiqəsi eyniadlı layihə çərçivəsində baş tutub. “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşən layihə “ASAN xidmət”in, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “ABAD”ın tərəfdaşlığı ilə həyata keçirilib.

Layihənin ilk günündə “Bilim Bakı” mərkəzinə baş tutan ekskursiyada nəqliyyatda süni intellekt, biotexnologiya innovasiyası, rəqəmsal texnologiyalar və robototexnika yarışları haqqında məlumat verilib. Növbəti gündə gələcəyin insan modeli haqqında komanda işi təşkil olunub və iştirakçılar tərəfindən ideyalarının konseptləri təsvir edilib.

Həmçinin layihə müddətində Şuşa şəhərinə səfər təşkil olunub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment