1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında tibbin son nailiyyətlərindən biri olan TAVİ əməliyyatı uğurla həyata keçirilir
06.03.2023

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq İlqar Tahiroğlu  TAVİ əməliyyatı (Transkateter Aorta Qapağı İmplantasiyası) barədə suallarımızı cavablandırıb. 

- İlqar həkim,  ilk növbədə,  TAVİ əməliyyatı barədə məlumat verərdiniz.

-TAVİ - döş qəfəsi yarılmadan, heç bir kəsik aparılmadan, umumi anesteziya verilmədən kateter vasitəsilə xəstənin ayaq damarlarından girilərək, ürəyin aorta klapanına yeni klapan taxılması əməliyyatıdır. Bu əməliyyat yaşlı xəstələrdə aorta qapağı yaşla bağlı olaraq kirəcləməyə bağlı kritik aorta stenozu olan, yəni klapanda daralma olan xəstələrdə tətbiq olunur. Biz bu əməliyyatı açıq əməliyyat şansı olmayan xəstələrdə icra edirik. Qapağın müddəti açıq əməliyyatlarda olduğu kimi, 10-15 il müddətinə gedir. 15 ildən sonra yenidən daralma olarsa, yenidən qapaq taxaraq xəstənin ömrünü daha 15 il müddətinə uzadırıq. Qeyd etnək istəyirəm ki,  aorta stenozu müasir səhiyyənin mühüm problemlərindən biridir. Ürəyin işemik xəstəliyi və hipertoniya ilə yanaşı, aorta qapağının qüsurları ürək-damar xəstəliklərinin üçüncü ən çox yayılmış qrupudur. Şiddətli aorta qapağı stenozunun müalicəsi adətən cərrahi yolla aparılır. İndiyə qədər açıq aorta qapağının dəyişdirilməsi standart müalicə metodu olmuşdur. Bununla belə, aorta qapağı stenozu olan xəstələrin təxminən üçdə biri həm əməliyyat zamanı, həm də əməliyyatdan sonrakı dövrdə yüksək cərrahi ağırlaşma riski səbəbindən cərrahi müalicə üçün uyğun deyil. Bu, aorta qapağı stenozunun çox vaxt müxtəlif yanaşı xəstəlikləri olan yaşlılarda baş verməsi ilə əlaqədardır.

Yaşlılar üçün açıq ürək əməliyyatları son dərəcə risklidir və aorta darlığı ilə yaşamaq çox təhlükəlidir. Bu xəstəlik 65 yaşdan yuxarı insanlarda kifayət qədər tez-tez baş verir. Bunun səbəbi yaşla birlikdə qapaq vərəqlərindən birinin normal işləməsini dayandırması və bununla da sol mədəcikdən aortaya qan axınının azalmasıdır.

-Bu əməliyyat hansı xəstələrə təyin edilir?

Tibb elminin son nailiyyətləri bütün dünyada olduğu kimi, ölkəmizdə də insan ömrünü uzatmağa imkan verir və yaşlılarda ilk sıradan çıxan ürək qapaqlarının dəyişdirilməsi, şübhəsiz ki, bu prosesin diqqətəlayiq məqamlarından biridir.

TAVİ əməliyyatı Azərbaycanda nadir icra olunan əməliyyatlardan və tibbin son nailiyyətlərindən biridir. Bu əməliyyat yanaşı xəstəlikləri olan yaşlı insanlar, o cümlədən yüksək ölüm riskli aorta stenozu olan xəstələrin cərrahi müalicəsinin optimal növüdür. Aorta qapağının bioprotezi döyünən ürəyə implantasiya edilir. Əvəzedici aorta qapağının yerləşdirilməsi və implantasiyası üçün bud arteriyasından xüsusi kateter daxil edilir.

-TAVİ əməliyyatının üstünlükləri nədən ibarətdir?

-TAVİ əməliyyatı narkoz verilmədən, ümumi anesteziya olmadan, sadəcə yüngül sedasiya vasitəsilə heç bir kəsik aparılmadan icra olunur. Xəstə üçün üstünlüyü odur ki, o, 24/48 saat sonra evə yazıla bilir və normal həyatına davam edir. Əməliyyat qısamüddətlidir və xəstə tez bir zamanda normal həyata qayıdır. Qeyd etmək istəyirəm ki, bu əməliyyat daha az travmatikdir, əməliyyatdan sonrakı dövr 2-3 gün təşkil edir, hətta açıq əməliyyata yararlı kimi qəbul edilməyən xəstələr üzərində də icra oluna bilər.

Dünya kardiologiya təlimatlarında artıq TAVI metodikası klassik açıq əməliyyatla eyni səviyyədə tövsiyə olunur.

- İlqar həkim, aorta stenozunun yaranma səbəbləri haqqında nə deyə bilərsiniz?

-Sadə dildə desək, stenoz aorta qapağının strukturunda baş verən dəyişiklikdir. Bu zaman insan bədəninin əksər daxili orqanlarına və sistemlərinə qan tədarükü pisləşir. Aorta triküspid qapağı bir növ “qapıdır, qanı ürəkdən damara keçirir və geri buraxmır. Bu qapaq qanın yalnız bir istiqamətdə axmasına imkan verir. "Zərərli" amillərə görə, qapaq vərəqləri birləşir, kalsifikasiya olunur - və tamamilə açılmağı dayandırır - aorta dəliyinin tədricən daralması baş verir, qan axını pozulur.

Aorta qapağı stenozunun digər səbəbləri kimi revmatik xəstəlikləri, aterosklerozu, aorta qapağının kalsifikasiyası və endokarditi misal çəkmək olar.

-Aorta stenozu olan insanlarda hansı simptolar özünü büruzə verir?

-Bu gün hər onuncu yaşlı insan aorta stenozunun doğurduğu əlamətlərdən əziyyət çəkir. Bunlara təngnəfəslik, huşun itirilməsi, əzələ zəifliyi, daim yorğunluq və yuxulu olmaq, taxikardiya, aritmiya və sinə ağrıları, tez-tez baş ağrıları, miqren,  quru və boğucu öskürək, qarın boşluğunda şişkinlik və mayenin yığılması daxildir. 

-Hansı xəstələr risk qrupuna daxildir?

-Risk qrupunda olan xəstələr aşağıdakılardır: genetik meyilliyi olanlar, elastin geninin irsi patologiyası, şəkərli diabet, hipertoniya və böyrək çatışmazlığından əziyyət çəkən xəstələr, siqaret çəkənlər və s.

-Aorta stenozunu təyin etmək üçün hansı müayinələr aparılır?

- Əməliyyat üçün göstərişləri və onun həyata keçirilməsinin mümkünlüyünü müəyyən etmək üçün əsas tədqiqatlar da daxil olmaqla hərtərəfli müayinə tələb olunur. Bunlara  EXO-KQ (exokardioqrafiya), koronar angioqrafiya, ürəyin və aortanın MSCT (multispiral kompüter tomoqrafiyası) daxildir. 

Bu araşdırmaların göstəricilərini qiymətləndirdikdən sonra əməliyyatın mümkünlüyü barədə qərar qəbul edilir.

-Maraqlı müsahibəyə görə təşəkkür edirik.

- Sağ olun. Mən də sonda qürur hissi ilə bildirmək istəyirəm ki, bu gün TAVİ əməliyyatı Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin yüksəkixtisaslı invaziv kardioloqları tərəfindən uğurla icra olunur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment