1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istiqrazlarının mütəşəkkil kapital bazarlarına daxil olması münasibətilə Bakı Fond Birjasında “Açılı&
03.03.2023

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istiqrazlarının mütəşəkkil kapital bazarlarına daxil olması münasibətilə Bakı Fond Birjasında “Açılış zəngi” mərasimi keçirilib

3 mart 2023-cü il tarixində Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yeni istiqrazlarının ticarətə buraxılması münasibətilə Açılış Zəngi tədbiri keçirilmişdir.

Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, ASCO-nun birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının ölkəmizdə maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.             

ASCO sədri Rauf Vəliyev giriş nitqində bildirib ki, istiqrazlardan əldə edilən gəlir Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkətlərindən sayılan və hər il fəaliyyətini mənfəətlə başa vuran ASCO-nun inkişafına töhfə verəcək. Buradan daxil olan vəsait şirkətin Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək. ASCO sədri tədavülə buraxılan istiqrazların ölkənin qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcəyinə, vətəndaşlarımız  üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacağına əminliyini  də qeyd edib. 

Bildirmək istərdik ki, 29 dekabr 2022-ci il tarixində “Bakı Fond Birjası” QSC-nin  Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 100,000,000 (bir yüz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.   Hər birinin nominal dəyəri 1,000 ABŞ dolları olan 100 min ədəd istiqrazlar 5 il dövriyyədə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər 6 aydan bir ödəniləcək. Yerləşdirmənin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Qeyd olunan istiqrazların abunə yazılışı 29 dekabr tarixindən başlamış və fevralın 28-dək davam etmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment