1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Narkotiklərlə mübarizə mövzusunda dəyirmi masa keçirilib
27.01.2023

Yanvarın 26-da Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə qurumlararası əməkdaşlığın rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Daxili İşlər, Səhiyyə, Ədliyyə, Elm və Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, TƏBİB və digər qurumların nümayəndələri iştirak edib.

Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov çıxış edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniyanın hazırda dünyanı narahat edən əsas problemlərdən birinə çevrildiyini, Azərbaycanın bu sahədə uğurlu mübarizə aparan ölkələrdən olduğunu vurğulayıb, gömrük orqanları tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndəsi Hacı Hacıyev narkotiklərlə mübarizə sahəsində həyata keçirilmiş fəaliyyətlər, bu sahədə qurumlararası əməkdaşlığın əhəmiyyətindən danışıblar.

Daha sonra DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev “Çağdaş dünyanın aktual problemi: narkotik vasitələr və psixotrop maddələr”, Milli Məclisin deputatı, DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı dövlət siyasətinin formalaşdırılması və qanunvericilik” mövzularında təqdimatlarla çıxış ediblər. Həmçinin tədbir zamanı digər dövlət qurumlarının nümayəndələrinin də mövzu ilə əlaqəli məruzələri dinlənilib.

Sonda mövzularla bağlı müzakirələr aparılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment