1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AQC və ABA rəhbərləri arasında görüş keçirilib
26.01.2023

24 yanvar 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc arasında  görüş keçirilib. Görüşdə ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev, layihələr üzrə meneceri Elçin Həsənov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavinləri – Zamin Hüseynov, Fərid Rüstəmov və Hüquq departamentinin rəhbəri Şükür Hüseynov iştirak ediblər.

Qonaqları salamlayan ABA-nın icraçı direktoru Yunus Abdulov bildirib ki, maliyyə təsisatları ilə ölkə qiymətləndiriciləri arasında peşəkar əməkdaşlıq mövcuddur. O qeyd edib ki, bu əməkdaşlıq imkanları artırılmalı və keyfiyyətcə yeni mərhələyə qədəm qoymalıdır: “Bankların fəaliyyətində qiymətləndirmənin əhəmiyyəti böyükdür və bu iki sektorun təmsilçiləri qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Maliyyə sabitliyinin təmin olunmasında obyektiv və şəffaf qiymətləndirmənin əhəmiyyəti yüksəkdir. Azərbaycan Banklar Assosiasiyası olaraq Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlığa və dialoqa hazırıq. Əminik ki, qarşılıqlı əməkdaşlıq sayəsində münasibətlərimizi daha da inkişaf etdirməyə nail olacağıq”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc ABA-nın fəaliyyətini yaxından izlədiklərini və əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb: “Bundan öncə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov və Mərkəzi Bankın rəhbərliyi ilə görüşümüz baş tutdu. Olduqca faydalı müzakirələr apardıq və gələcək inkişaf perspektivləri ilə bağlı ilkin razılaşmalar əldə etdik. Ümidvaram ki, Azərbaycan Banklar Assosiasiyası ilə faydalı və qarşılıqlı təmaslarımızı artıracaq, bank və qiymətləndirmə sektorları arasında peşəkar münasibətləri inkişaf etdirəcəyik. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq əməkdaşlığımızı ehtiva edən təkliflər layihəsini hazırlamışıq və onu sizə təqdim edirik” – Vüqar Oruc vurğulayıb.

Daha sonra, ABA və AQC rəsmiləri çıxış edib, öz təkliflərini səsləndiriblər. Yekunda əməkdaşlığın artırılması imkanlarının nəzərdən keçirilməsi barədə ümumi razılıq əldə olunub. Birgə İşçi Qrupunun yaradılması qərara alınıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment