1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında qripə qarşı Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya aparılır
26.01.2023

Mərkəzi Gömrük Hospitalında mövsümi qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya aparılır. Qrip epidemiyaları zamanı insanların qripə yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir. Vaxigrip Tetra vaksini ilə immunlaşma zamanı 80-85% insanlarda qrip virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra ən azı 1 il ərzində orqanizmdə qalır və orqanizmi qoruyur. Peyvəndin qiyməti həkim məsləhəti daxil olmaqla 50 AZN təşkil edir.

Vaxigrip Tetra peyvəndinin vaksinasiyası ilə bağlı suallarımızla  Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayevaya müraciət etdik.

-Mədinə həkim, Vaxigrip Tetra peyvəndi ilə vaksinasiyanın əhəmiyyəti barədə məlumat verərdiniz?  

-Hal-hazırda tək COVİD-19 deyil, influenza virusu ciddi problem törədir. İnfluenza virusu  tərəfindən törədilən qrip ağırlaşmalar verə bilən bir xəstəlikdir. Qrip sonrası sinusit, otit, pnevmoniya kimi ciddi bakterial ağırlaşmalar da çox müşahidə edilir. Yaşlılar, şəkərli diabet, qaraciyər, böyrək çatışmazlığı olan, orqan transplantasiyası edilən xəstələr, ciddi immunsupresif müalicə alanlar  qrip infeksiyasının ağırlaşması üçün risk qrupundadırlar. Mərkəzi Gömrük Hospitalında mövsümi qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan Vaxigrip Tetra qripdən və onun ağırlaşmalarından qorunmağın ən effektiv vasitəsi 4-lü qrip əleyhinə  peyvənddir.  

Vaxigrip Tetra peyvəndinin aşağıda qeyd olunan faydaları var:

 1.Bu peyvənd qripə tutulmanın qarşısını alır;

2. Qriplə əlaqədar xəstəxanaya yatma riskini azaldır;

3. Qrip infeksiyasının ağırlaşması üçün risk qrupu olan yaşlıların, hamilələrin, şəkərli diabet, qaraciyər, böyrək çatışmazlığı olanların, orqan transplantasiyası edilən xəstələrin, ciddi immunsupresif müalicə alanların ağırlaşma və xəstəxanaya yatma riskini azaldır. 

-Mədinə həkim, Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya nə zaman edilməlidir?

-Bu peyvənd qrip mövsümü başlamadan öncə, payızın əvvəllərində vurulmalıdır. Lakin insan qrip tutmamışsa və risk qrupundadırsa qrip mövsümünün sonuna qədər Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya oluna bilər. İldə bir dəfə Vaxigrip Tetra peyvəndi təkrar vurulmalıdır. Vaxigrip Tetranın hər il təkrarlanmasının 2 səbəbi vardır. Birinci səbəb peyvəndə bağlı immunitet zaman keçdikcə zəifləyir. İkinci səbəb isə qripə səbəb olan influenza virusu çox tez-tez mutasiyaya səbəb olur. Bu səbəbdən hər il yeni Vaxigrip Tetra əvvəlki mövsümdə görülən və epidemiyaya səbəb olan alt qruplar nəzərə alınaraq hazırlanır.

-Mədinə həkim,  Vaxigrip Tetra peyvəndi hansı qrup insanlar üçün əks-göstərişdir? 

- 6 aydan kiçik uşaqlar; 

-Yumurta allergiyası olanlar;

- Daha öncə qrip peyvəndinə qarşı allergik reaksiyası olanlar;

-Yüksək qızdırmalı xəstəlik zamanı bu peyvənd ilə vaksinasiya etmək əks-göstərişdir. 


Müsahibəni apardı:

Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilara Zamanova

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment