1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


IFC və Azərbaycan Fintex Assosiasiyası tərəfdaş olaraq maliyyə inklyuzivliyini artırmaq, iqtisadi artımı dəstəkləmək əzmindədirlər
26.01.2023

Azərbaycanın maliyyə sektoruna müasir texnologiyalardan istifadə edərək səmərəli maliyyə xidmətləri göstərməyə kömək etmək niyyəti ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Fintex Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanmışdır. Tərəflər fintex şirkətlərinin böyümələrinə və ölkədə daha az xərclə, sürətli və keyfiyyətli xidmətlər göstərməklərinə yardım etməklə fintex şirkətlər üçün çərçivənin gücləndirilməsi istiqamətində çalışacaqlar.

Memoranduma uyğun olaraq, IFC-nin “İnteqrasiyalı Maliyyə və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsi fintex şirkətləri üçün qabaqcıl beynəlxalq təcrübə əsasında bilik və bacarıqların artırılmasının əsasının qoyulması və təlimlər istiqamətində vebinarlar keçirəcək. IFC-nin əsas prioritetlərindən biri əhalinin maliyyə xidmətlərinə çıxışını təmin etməklə bank xidmətlərindən kənarda qalmış əhalinin rəsmi maliyyə sisteminə cəlb edilməsinə kömək etməkdir. Bu baxımdan, texnoloji innovasiyalar inkişafda olan ölkələrdə maliyyə xidmətlərinə çıxışı yaxşılaşdırmaq və maliyyə inklyuzivliyini artırmaq üçün səmərəli vasitələrdən biridir.  

“Fintex innovasiyaları maliyyə xidmətləri üçün fiziki maneələri azaldır. Maliyyə xidmətlərinin insanların yaşadığı və işlədiyi yerlərə yaxınlaşdırılması tədbirləri maliyyə inklyuzivliyini genişləndirir; bu, xüsusilə bank filialına getmək üçün xeyli əlavə vaxt və resurs tələb edən ucqar ərazilər üçün doğrudur. Ölkənin iqtisadi artım trayektoriyasına istinadla, IFC ilə tərəfdaşlığımız Azərbaycanda maliyyə sektorunun dayanıqlığına töhfə verməklə fintex şirkətlərinin inkişafına kömək etmək məqsədi güdəcəkdir,” – Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri Ruslan Talıbov qeyd etdi. 

Azərbaycan hökümətinin prioritetlərindən biri dayanıqlı, inklyuziv özəl təşəbbüslərə əsaslanan iqtisadi artımı sürətləndirməkdir. Fintex texnologiyaları maliyyə xidmətlərinin maya dəyərini azaltmaqla bu məqsədə mühüm mənada töhfə verə bilər. Texnoloji innovasiyalar əsasında yaradılmış yeni alətlər (məsələn, bulud-əsaslı xidmətlər) maliyyə xidmətlərini daha sürətli və səmərəli şəkildə göstərməyə transformasiya etməklə əməliyyat xərclərini azaldır.  

“Fintex, sarsıdıcı texnologiya olaraq, maliyyə inklyuzivliyi artırır, inkişafda olan ölkələrdə sürətli iqtisadi artım və müştərək rifah üçün zəmin yaradır. Ümidvarıq ki, Azərbaycan Fintex Assosiasiyası ilə tərəfdaşlığımız maliyyə xidmətləri göstərilməyən və az göstərilən əhaliyə bu xidmətlərə çıxışı təmin edəcək məsuliyyətli və innovativ həlləri dəstəkləməyə, ölkədə fintex şirkətlərinə maliyyə xidmətlərinin çatdırılması yollarını müasirləşdirməyə kömək edəcəkdir,” – IFC-nin Avropa üzrə regional direktoru Rana Karadşeh bildirdi. 

Son onillikdə Azərbaycan hökuməti, ölkənin maliyyə infrastrukturunu təkmilləşdirmək üçün İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi SECO ilə tərəfdaşlıqda IFC-nin tövsiyə etdiyi bir sıra tənzimləyici islahatları həyata keçirmişdir. IFC-nin dəstəyi ilə qəbul olunmuş “Açıq bankçılıq yol xəritəsi”, maliyyə sektorunun iştirakçıları və fintex şirkətləri üçün fərdi və biznes müştərilərinə göstərilən innovativ rəqəmsal maliyyə xidmətlərini genişləndirmək yolunda mühüm addımdır. 

IFC haqqında

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı Qrupunun üzvü və inkişafda olan iqtisadiyyatlarda özəl sektorun artımına fokuslanmış ən iri inkişaf təşkilatıdır. Biz 100-dən çox ölkədə işləyir, kapital, təcrübə və təsirimizdən yararlanaraq inkişafda olan ölkələrdə yeni bazarlar və imkanlar yaradırıq. 2022-ci maliyyə ilində inkişafda olan ölkələrdəki özəl şirkətlərə və maliyyə müəssisələrinə 32.8 milyard ABŞ dolları məbləğində rekord maliyyə ayırmış, iqtisadiyyatlar qlobal mürəkkəbləşmə böhranlarının təsirləri ilə mübarizə apararkən, ifrat yoxsulluğa son qoymaq və ümumi rifahı artırmaq üçün özəl sektorun gücündən istifadə etmişdir. Daha ətraflı məlumat üçün internet saytımızla tanış olun: www.ifc.org.

Azərbaycan Fintex Assosiasiyası haqqında

Azərbaycan Fintex Assosiasiyası 2020-ci ilin dekabrında Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə altı aparıcı fintex təşkilatı tərəfindən təsis edilib. Assosiasiyanın əsas məqsədləri fintex şirkətlərinə öz fəaliyyətlərini qurmaqda kömək etmək, onların dinamik inkişaflarını dəstəkləmək, eləcə də dövlət və özəl müəssisələri ilə münasibətlərini əlaqələndirməkdir. Hazırda ödəmə xidmətlərini özünə-xidmət köşkləri, mobil ödəmə həlləri, elektron pul kisələri və sair xidmət təchizatçıları vasitəsilə göstərən 11 təşkilat Assosiasiyada təmsil olunurlar. Azərbaycanın aparıcı ödəmə və e-pul şirkətləri – eManat, PashaPay, GoldenPay, FinDynamix, ePul, Portmanat, Payonix  bizim Assosiasiyasının üzvləridir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment